Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Yevlaxda toyuna hazırlaşan qız qəzada həlak oldu

297

Daxili İşlər Nazirliyi Yevlax rayonunda bu gün toyu olacaq qızın gözəllik salonuna gedərkən qəza nəticəsində ölməsi barədə məlumat yayıb

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata əsasən, noyabrın 7-də səhər saatlarında Yevlax rayonunun Səmədabad kəndi ərazisində Gəncə şəhər sakini Famil Qasımovun idarə etdiyi BMW markalı avtomobil su kanalına aşıb:

Nəticədə F.Qasımov sərnişinlər Nuranə Hüseynova, Günay Hüseynova ölüblər. Digər sərnişinlərdən Xəyalə Hüseynova xəstəxanaya yerləşdirilib.

Qəzada həlak olan əmiqızları Nuranə Hüseynova ilə Günay Hüseynovanın meyitləri aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, Nüranə Hüseynovanın bu gün toy mərasimi keçiriləcəkmiş və onlar gözəllik salonuna gedərkən yol qəzasında həlak olublar. Faciə nəticəsində üç evə yas düşüb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər bağlıdır.