Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Yevlağın görünməz yol nişanları

296

Bir çox hallarda qəzaların baş verməsinə səbəb məhz yol hərəkəti nişanlarının görünməz olmasıdır. Sürücülər və piyadalar bu cür halların baş  verməməsi üçün aidiyyatı qurumları hərəkətə keçməyə çağırırlar.

Şəhərdaxili yolların hərəkət zolaqlarında ağ xətlər çəkilsə də bir müddətdən sonra solmağa başlayır. Bu  hal çox ağ rənglə boyanan xətlərdə daha tez baş verir.

Ağ rənglərin bəzən görünməməsi həm sürücülərin, həm də piyadaların işini çətinləşdirir.

Yevlax rayonunun dördyol keçidində xətt yoxdur, silinmiş haldadır. Rayonun  mərkəzi küçələrində də ağ xəttlər görünmür.

Yevlax sakini Yusif Məmmədov bildirir ki, yollara xətt çəkiləndən 5 gündən sonra  görünməz olur: “Bu görünməz  xətlər daha çox piyadalarda çaşqınlıq yaradır”. Məhəmməd Abdullayev  isə bildirdi ki,  başqa ölkələrdə yollara vurulan  boya gecələr parıldayır: “Yolu seçmək üçün xəttin əsasən gecə görünməsi lazımdır. Qəzaların bir çoxu zolağın görünməməsindən olur”.

Bu vəziyyət Azərbaycanın digər rayonlarında da müşahidə edilir. Yollarda nəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək üçün həm hərəkət zolaqları, həm də hərəkət nişanları aydın görünməli və oxunmalıdır”.

Şərhlər bağlıdır.