Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Yerli səviyyəli “Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması” genişləndirildi

262

 23  sentyabr 2017-ci ildə Sabirabadda  yerli səviyyədə “Açıq Hökumət Tərədaşlığı”na başlamaq təşəbbüsü ilə regional konfrans keçirilib. Niderland Krallığının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən və Avrasiya Əməkdaşlıq Fondu tərəfindən  “Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi” Proqramı çərçivəsində  həyata keçirilən layihəni  “Ümid” Sosial Inkişafa Dəstək İctimai Birliyinin ekspertləri   gerçəkləşdirir.

Konfransa “Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması”nın koordinatoru Əliməmməd Nuriyev, Platformanın üzvü, “Ümid” SİD İB-nin icraçı direktoru İsrayıl İskəndərov,  “Konstitusiya” Araşdırmalar Fondunun vitse-prezidenti Zaur  İbrahimli, Avrasiya Əməkdaşlıq Fondunun Layihə meneceri Gülnarə İsmayılova, Sabirabad RİH başçısının müavini Vahid Həsənov və 18 QHT, 25 icmadan icra nümayəndələri, bələdiyyə və icma inkişaf şuralarının üzvləri (cəmi 76 nəfər) qatılıb.

Platformanın koordinatoru Əliməmməd Nuriyev “Azərbaycanda Açıq Hökumət Təşəbbüsünün tətbiqi: Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması” mövzusunda məruzə ilə çıxış edib. O, görülən işlər, vətəndaş cəmiyyətinin bu proseslərdə iştirakı  barədə ətraflı məlumat verib, 19 may 2017-ci il tarixində Sabirabad rayonunda yaradılan  Yerli Səviyyəli “Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması”nın və onun tərkibinin daha da genişləndirilməsinin  böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Tədbirdə  “Yerli səviyyədə “Açıq Hökumət Tərədaşlığına” başlamaq təşəbbüsü” layihəsinin nəticələri barədə məlumat verilib, layihə çərçivəsində “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illəri üçün Milli Fəaliyyət Planı”nın icrasının tədqiqi məqsədilə 25 hədəf icmada aparılmış sorğuların nəticələri təqdim olunub. Mövzuyla bağlı iştirakçıların təklifləri dinlənilib, sualları cavablandırılıb.

Konfranda Yerli Səviyyəli “Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması”na üzv olmaq istəyən 17 QHT və 7 icma inkişaf şurasının müraciətləri səsə qoyularaq qəbul edilib. Tədbir Yerli Səviyyəli Platformaya qəbul edilmiş yeni üzvlərin  Anlaşma  Memorandumunu imzalanmasıyla yekunlaşıb.

Şərhlər bağlıdır.