Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“XTD-Xüsusi Təyinatlı Dəstək” layihəsi həyata keçirilib

“XTD-Xüsusi Təyinatlı Dəstək” layihəsi həyata keçirilib.

Azərbaycan Respublikasının Gənclər Fondunun “İdeyanı Reallaşdır 2023” Gənclərin Fərdi Layihələri üzrə Qrant Müsabiqəsinin qalibi olmuş “XTD-Xüsusi Təyinatlı Dəstək” layihəsi həyata keçirilib. Layihə çərçivəsində Kürdəmir rayonunda gənclərə fövqəladə hallar, onların təsnifatı, növləri, ilk yardım, ilk yardımın vacibliyi, fövqəladə hallar zamanı baş verə biləcək hadisələr və zərərçəkənlərə ilkin yardımın göstərilməsi prosesi, avtomobil qəzaları, yüksəklikdən yıxılma, sıxılma, ilan sancması, zəhərli həşərat dişləməsi, quduz it dişləməsi istiqamətində təlimlər keçilib. Layihə çərçivəsində keçirilən təlimlərin yekununda iştirakçılara sertifikatlar və ilkin tibbi yardım çantası təqdim olunub.

Layihənin məqsədi Kürdəmir rayonunda yaşayan, təhsil alan və ya fəaliyyət göstərən 22 nəfər yeniyetmə və gənclərin ilkin yardımın önəmi, insan həyatı göz qabağında olduqda baş vermiş hadisəyə biganə yanaşmamaq, boğulma, sınıq, yaralı, ilan sancmış, əzilmiş, sıxışaraq qalmış və s. insanların həyatını xilas etmək üçün ilkin yardım prosesləri istiqamətində bilik və bacarıqlarının artırılmasına təkan verməkdir. Layihə çərçivəsində keçirilən təlimlər iştirakçılara birbaşa, digər gənclərə dolayı yolla təsir etməklə cəmiyyətin sosial məsuliyyət istiqamətində rolunun artırılmasında pay sahibidir.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Kürdəmir Gənclər Evi Sosial Xidmət Müəssisəsinin tərəfdaşlığı ilə Kürdəmir Gənclər Evi Sosial Xidmət Müəssisəsində həyata keçirilib.

Screenshot

 

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.