Cəmiyyət

Xoşbəxtliyi harda axtarmalı: öz ölkəndə, yoxsa xaricdə?

Aytac Sadəddinova:“Məqsədim rahatlıq tapacağım bir toplumda yaşamaqdır”

Musiqiçi ata qızını musiqi kollecinə göndərdi

Aytac İlqar qızı Sadəddinova 2001-ci ildə Mingəçevirdə anadan olub. Uşaqlıq və məktəb illərində savadı, qeyri-adi düşüncəsi və cəmiyyətə baxışı ilə yaşıdlarından fərqlənirdi. Sinfin əlaçı şagirdlərdən biriydi. Amma atası musiqiçi olduğu üçün Aytacı da bu sahəyə yönəltməyə qərar verdilər. 9-cu sinfi bitirdikdən sonra valideynlərinin istəyi ilə Aytac Şəki Regional Kollecinə, musiqi ixtisasina qəbul oldu. Amma bu məktəbdəki mühit onun qətiyyən qane etmədi: “Mən yoldaşlarıma nə zamansa  Avropaya gedəcəyimi, dünyagörüşümü artıracağımı söylədikdə onlar mənə gülürdülər.Amma mən ryhdan düşmədim. Bir müddət sonra “Sofi” adlı kitabxana iləəlaqə yaratdım və bura ən sevdiyim məkana çevrildi. “Gəl danış” komandası ilə tanış oldum. Onların həyatıma böyük qatqısını gördüm. Dostlarımla birlikdə ehtiyacı olanlara yardımlar etməyə başladım. Hazırda 3-cü kurs tələbəsiyəm. Məqsədim kolleci bitirdikdən sonra Avropaya getmək, orada rahatlıq tapacağım bir toplumda yaşamaq, uyğun olduğum cəmiyyətdə yer almaqdır”.

“Sən qızsan, yad ölkədə nə işin var?”

Lakin bütün yollar hamar deyil. Aytacın qarşısında da maneələr var. Valideyinləri onun fikriylə razılaşmırlar: “Sən qızsan, yad ölkədə nə işin var? Bəs bizim milli mentalitetimiz? Qonşular eşidib bizə gülürlər.

Aytac isə özünü təsdiq etmək üçün yollar axtarır: “Axı həyat doğulduğumuz məkandan ibarət deyil. Mənimdə haqqım var ki, arzusunda olduğum həyatı yaşayım. Bəlkə nə zamansa valideynlərim və ətrafım mənə bu düşüncə ilə yanaşdıqları üçün peşman olacaqlar. Düşünürdüm ki, onlar dəstək olacaq, arxamda duracaq. Amma tam əksi ilə qarşılaşdım”.

Nə səbəbə gənclər Avropaya üz tuturlar?

“ Mingəçevir işıqları” qəzetinin baş redaktoru Fərman Nəbiyev hamının yaxşı həyat arzusuyla xaricə  getməsini normal qəbul etmir: “Bu gün gənclər hesab edirlər ki, Avropada həyat daha rahat, iş tapmaq asandır. Təbiiki, hər birimiz həyatımızı rahat yaşamaq istəyirik. Qəbul edək ki, Avropa bizimlə müqayisədə təhsil baxımından irəlidədir.  Lakin Avropada da həyat tam əla deyil, işsizlik problemi də mövcuddur. Həm də niyə biz xoşbəxtliyi kənarda axtarmalıyıq? Peşəkar kadra Azərbaycanın çox ehtiyacı var. Sadəcə işini yaxşı bilməlisən. Onda öz ölkəndə istədiyin həyatı yaşaya biləcəksən.”

Mingəçevir Dövlət Univerisitetinin tələbəsi SəidəƏsədli isə deyir ki, hazırda başqa ölkələrdə yaşayan kifayət qədər həmvətənlilərimiz var: “Hər kəsin xaricdə yaşaması mühitini də böyüdür. Bu gün yüz minlərlə azırbaycanlı başqa ölkələrdə bizim mənafeyimizinaminə edir, bir növ diaspor fəaliyyəti ilə məşğul olur. Bu, bizə həmişə lazımdır”.

Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Bu xəbəri oxumusunuz?

Close
Close