Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Xocalı faciəsi rəsmlərdə

393

Mingəçevir Gənclər Evi və şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Azərbaycan tarixinə ən dəhşətli faciələrdən biri kimi daxil olan Xocalı faciəsinin 28-ci ildönümünə həsr olumuş rəsm sərgisi keçirilib. Sərgidə Mingəçevir şəhər İcra Hakimiyyətinin əməkdaşı Tofiq Əsgərov, şəhər Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli, Mingəçevir Gənclər Evinin əməkdaşı Samrin Xanlayev, könüllülər, şəhər gəncləri və məktəblilər iştirak edib.

Sərgidə iştirak edən qonaqlar bu gün yetişməkdə olan gənc nəslin maariflənməsi, onlarda Vətənə məhəbbət və sədaqət hissinin gücləndirilməsinin əsas məqsədimiz olduğunu bildirib. Xocalı faciəsinə uşaqların gözü ilə baxan qonaqlar faciəni əks etdirən rəsmlərdə onların düşüncələrini və duyğularını müşahidə edib, onlara sual ünvanlamaqla gənc rəssamların faciə ilə bağlı təəssüratlarını öyrəniblər.

Şərhlər bağlıdır.