Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Xalqmı, Lobbimi…

347

Bizə qarşı “etnik təmizləmə” iddiası və ittihamı isə yenə də ermənilərin həyasız uydurması  və riyakarlığıdır. Çox da uzaq tarix deyildir,1988 -ci ilin soyuq oktyabr- noyabr aylarında Ermənistanda yaşayan minlərlə soydaşımız öz dədə-baba yurdlarından silahlı erməni dəstələri tərəfindən qovulurdular. Öz yurdlarını tərk etmək istəməyənlər, müqavimət göstərənlər isə vəhşicəsinə qətl edilirdilər. Bu isə faktiki olaraq soydaşlarımıza qarşı etnik təmizləmə idi, 300 minə qədər soydaşımız Ermənistandakı öz tarixi yurdlarını tərk edərək, erməni vəhşiliyindən xilas olmaq üçün Azərbaycana  gəldilər. Bu proses 1993-ci ilə qədər davam etdi. Yaxşı olar ki, soydaşlarımız da bu faktları davamlı olaraq mətbuata çıxarsınlar və öz tapdanmış, məhv edilmiş hüquqlarını müdafiə etsinlər, onlar da öz mənlik və qürurlarının bərpası üçün çalışsınlar. Ermənistandan qəddarcasına, əzab-əziyyətlə qovulan soydaşlarımız, ən azından, öz dədə-baba yurdlarının adlarını, ordakı həyatlarını, ermənilərin onlara qarşı törətdiklərini yazıb paylaşsınlar. Qarabağa qarşı ermənilərin iddiasının qarşısında onlar da öz torpaqlarına qayıtmalı olduqlarını dilə gətirsinlər. Bu çətin günlərdə hər cür kömək bizə faydalı olar və haqlı olduğumuzu çoxları görər, eyni zamanda ermənilərin heç bir güzəştə layiq olmadıqlarını da hər kəs bilmiş olar. 1990-cı ildə 50 min məhsəti türkü Orta Asiyadan, öz yurdlarından vəhşicəsinə qovularaq ölkəmizə qaçqın olaraq pənah gətirdilər. Qarabağda erməni-rus hərbi canilərinin törətdiyi vəhşiliklər nəticəsində isə 1 milyon vətəndaşımız məcburi köçkün olaraq ölkəmizin müxtəlif rayonlarına səpələndilər.  Əsl soyqırım və əsl etnik təmizləmə bunlar, bu faktlar idi, dünya isə hələ də bunları görməzdən gəlir.

Prezidentimizlə söhbət edən və müsahibə götürən jurnalistlər bəzən belə bir sual verir: “Nə oldu ki, birdən-birə müharibəyə başladınız?”  Prezidentimiz də jurnalistlərin bu tip suallarına hər zaman  lazım olan cavabları verir.  Lakin belə suallar adətən qərəzli olur və qəsdən verilir, çünki jurnalistlər verdiyi sualları adətən əvvəldən müəyyən edirlər. Jurnalist cavabını bildiyi və ya cavabı məlum olan sualı verirsə, deməli, burda başqa bir məqsəd vardır və bu məqsəd isə heç də həmişə xoşməramlı olmur. Əslində, bu müharibə qəflətən olmadı və biz müharibəyə də birdən-birə başlamadıq. Biz, 32 ildir ki, müharibə şəraitində yaşayırdıq, 2014-cü il 5 may tarixində Azərbaycanla Ermənistan arasında bağlanmış atəşkəs də ermənilər tərəfindən hər gün pozulurdu, onlar işğal etdikləri ərazilərdən dinc əhalimizi atəşə tuturdular, soydaşlarımızı evində, həyətində, əkin sahəsində öldürürdülər. Bu mənasız, qərəzli “Atəşkəs” dövründə nə qədər əhali və  əsgərlərimiz şəhid oldular . Əslində dövlətimizin bütün problemləri də elə 1988-ci ildən başlamışdı. Həm Ermənistanda, həm də Qarabağda ermənilər mitinqlərə başladılar və onlar Azərbaycandan ayrılıb Ermənistana birləşmək iddiaları irəli sürürdülər, Azərbaycan türklərinə qarşı silahlı hücumlar, qətllər törədirdilər və minlərlə soydaşımız öz  yurdlarından didərgin salınırdı. Sovet höküməti isə bu hadisələrə nəinki göz yumur, hətta ermənilərə hər cür kömək göstərirdi. Azərbaycanın bütün istehsal və istehlak sahələrini məqsədli olaraq başqa respublikalardan asılı edərək, ölkəmizi dönüşü olmayan bir dalana dirəyən sovet höküməti, dağılarkən belə, bizi də məhv etməyə çalışdı. Ölkəmizdə ərzaq qıtlığını, köçkün- qaçqın problemlərini bütün kəskinliyi ilə yaşayırdıq, üstəgəl qeyri-bərabər müharibə.  Bizim camaatın əlindən sənədli ov tüfənglərini yığan rus əsgərləri, erməniləri avtomatla, tankla, topla silahlandırırdı. Məgər bütün bu hadisələrdan həmin jurnalistlərin xəbəri yoxdur? Əgər yoxdursa bunu araşdıra bilərdilər…Əgər 32 illik məlum faktları görməzdən gəlib, belə arxayınlıqla qərəzli sual verə bilirlərsə, deməli bu jurnalistlər də kimlərinsə maraqlarına xidmət edirlər. Həmin o “kimlərsə də” bunun üçün onlara “ qiymətli sağ ol” deyir. Amma düşünmək lazımdır ki, xalqın da səbri tükənməz deyildir, biz səbr etməyi də bacarırıq, layiqli cəza verməyi də, bunu da hər kəs belə bilsin.  Ola bilər ki, bir çox dövlət rəhbərləri, təşkilatlar, jurnalistlər erməni faşizminin nə olduğunu hələ yaxşı dərk etməyiblər, ya da silah, narkotika, kirli pul baronları ilə birlikdə ermənilərin bizə etdikləri zülmü seyr etmək onlara xoş gəlir? Əslində, ermənilər bütün xalqlar, bütün insanlıq üçün təhlükəlidirlər, lakin kifayət qədər güclü olmadıqları üçün hələ ki, bizə qarşı vuruşub bizi məhv etməyə çalışırlar, çünki bizim xeyirxah, mərhəmətli, tezinanan, kin saxlaya bilməyən bir xalq olmağımız onların işinə daha çox yarayıb. Lakin unudurlar ki, bizim xalq çətin gündə birləşib elə bir qüvvəyə çevrilir ki, onun qarşısını heç bir qüvvə kəsə bilməz. Həm də unutmayın ki, zalıma yardım edənlər, onların əməllərinə susanlar da bir gün etdiklərinin layiqli cavabını alacaqlar.

 

Şərhlər bağlıdır.