Bizimlə həyatınız həmişə işıqlı olacaq!

WhatsApp-da silinən mesajları oxumaq mümkündür!

641

Günümüzdə ən çox istifadə olunan WhatsApp Messenger mobil tətbiqində yeni bir boşluq aşkarlanıb. Belə ki, bu məhşur mesajlaşma tətbiqində silinən mesajları oxumağın bir yolu varmış.

Sizinlə danışan şəxs sizə yolladığı mesajı silsə belə siz onu oxuya bilərsiniz. Bunun üçün WhatsApp mobil tətbiqini telefondan silib yenidən yükləmək kifayətdir. WhatsApp yenidən yüklənib tamamlandıqdan sonra mesaj tarixiniz saxlandığına (Backup/Yedəklənmə) görə siz silinmiş mesajları oxumağa müvəffəq olacaqsınız.

Sizə göndərilən mesaj silindiyi zaman “Bu mesaj silindi” şəklində bir xəbərdarlıq almağınıza baxmayaraq, mesaj yedəkləmə tarixində göndərildiyi kimi saxlanılır və tətbiq silinib təkrar yazıldığı zaman onu oxumaq mümkün olur.

Böyük ehtimalla WhatsApp sahibləri bu boşluğu aradan qaldırmaq üçün yeni addımlar atacaqlar.
Hal hazırda yenilənmənin nə zaman olacağı barədə bir məlumat yoxdur.

Şərhlər bağlıdır.