Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Universitet-Sənaye İşbirliyi və İnnovativ kadr hazırlığı mövzusunda I regional elmi-texniki konfrans keçirilib

187

Mingəçevir Dövlət Universitetində “Sosial-İqtisadi İnkişafın Dayanıqlı Enerji Təminatı: Universitet-Sənaye İşbirliyi və İnnovativ kadr hazırlığı” mövzusunda I regional elmi-texniki konfrans keçirilib.

Konfransı açıq elan edən MDU-nun rektoru Şahin Bayramov qonaqları konfrans istirakçılarına təqdim edib və bildirib ki,MDU və Azərbaycan Texniki Universitetinin birgə təşkilatçılığı ilə keçirilən konfransda hər iki ali təhsil müəssisəsinin rektor, professor-müəllim və tələbə kollektivi, Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı, “Azərenerji” ASC-nin, ”Mingəçevir Su Elektirik Silsiləsi” MMC-nin, Azərbaycan İstilik Elektirik Stansiyası” MMC-nin rəhbər şəxsləri iştirak edirlər. Konfransın təşkil olunmasında əsas məqsəd Azərbaycanın energetika sisteminin kadr və elmi-metodiki təminatında universitetlərin rolu, elektroenergetikanın müasir problemləri, regionların sosial-iqtisadi inkişafının təmin olunması baxımından elektirik stansiyalarının əhəmiyyəti  və digər mövzularda müzakirələrin aparılmasından ibarətdir. Rektor  konfransın işinə uğurlar arzulayıb.

Konfransda  milli energetikamızın yeni inkişaf mərhələsində  elmi-texniki-tədris əməkdaşlığının əhəmiyyəti, elektrotexnikanın müasir problemləri və bu sahə üçün kadr hazırlığının aktual məsələləri, regionların sosial-iqtisadi inkişafında elektirik stansiyalarının işirakı, Azərbaycanın energetika sisteminin kadr və elmi-metodiki təminatında universitetlərin rolu mövzularında müzakirələr aparılıb. Tədbir çərçivəsində MDU və ATU arasında energetika və elmi-təhsil üzrə potensialın artırılması sahəsində Anlaşma Memarandumu da imzalanıb.

Şərhlər bağlıdır.