CəmiyyətMingəçevirYerli Qurumlar

Türkiyənin Qazi Universitetinin rektoru Mingəçevirdə

İcra Hakimiyyəti başçısının Musa Yıldızla görüşündə hansı məsələlərə toxunuldu?

Ankara şəhərində yerləşən Qazi Universitetinin rektoru Musa Yıldızın başçılıq etdiyi nümayəndə heyəti bu gün mayın 22-də Mingəçevirə səfər edib. Heydər Əliyevin abidəsinin ziyarətindən sonra qonaqlar yerli İcra Hakimiyyətində qəbul olunub. İcra Hakimiyyətinin başçısı İlham İsmayılov şəhərin dünəni və bu günü, xüsusən turizm potensialı, Türkiyənin Gölbaşı və Qars bölgələri ilə qardaşlaşması barədə danışıb. Başçı Türkiyənin həmişə, o cümlədən 44 günlük Vətən Müharibəsində Azərbaycanın yanında olduğundan məmnunluğunu bildirib.

Görüşdə M.Yıldız  Azərbaycana olan sonsuz sevgisindən, qarşılıqlı faydalı əlaqələrin qurulmasına hazır olduğundan bəhs edib.  O, Qazi Universitetinin  Mingəçevir Dövlət Universiteti ilə  əməkdaşlıq etdiyinə xüsusi diqqət yetirib. Nəzərə çatdırıb ki, bundan öncə MDU-nun rektoru Şahin Bayramov Ankarada olub və hər iki ali təhsil müəssisəsi arasında qarşılıqlı maraq doğuran çoxsaylı məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Belə ki, ilkin mərhələdə atılacaq konkret addımlar barədə razılıq əldə olunub və bugünkü səfər də onların reallaşmasına xidmət edir.

Bundan sonra İlham İsmayılov M.Yıldıza və digər qonaqlara xatirə hədiyyələrini verib. Eyni zamanda M.Yıldız da icra hakimiyyəti başçısına hədiyyəsini təqdim edib.

Aldığımız məlumata görə, tədbirlər sabah MDU-da davam etdiriləcək.

Daha çox

Oxşar yazılar

Close