Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Tezliklə Mingəçevirdə 1000 nəfərdən artıq insanın işləyəcəyi bir müəssisənin yaradılması planlaşdırılır

225

Mingəçevir şəhərində park və xiyabanlarda yenidənqurma işləri davam etdirilir.  Bu  gün  Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov “Qurucular” parkında və H.Aslanov küçəsində aparılan işlərin vəziyyəti ilə tanış olub. Qeyd edək ki, artıq H.Aslanov küçəsində işlər yekunlaşmaq üzrədir.

Başçı bildirib ki, məqsəd bu şəhəri ən gözəl şəhərə çevirməkdir: “Nümunəvi məhəllələr yaradılacaq, şəhər başdan-başa yaşıllığa bürünəcək. Yaşıllığın suvararılması üçün tədbirlərimiz öz bəhrəsini verir. Bu gün Mingəçevirin ən başlıca problemi işsizlikdir və bununla bağlı artıq 3 təklif gəlib. Birinin layihəsi hazırdır və 1000 nəfərdən artıq insanın işləyəcəyi bir müəssisənin yaradılması planlaşdırılır. Bundan başqa şəhərdə fəaliyyəti dayanmış zavodların yerində yeni iş yerləri yaradılması nəzərdə tutulur. Artıq şəhərin sağ və sol sahilindəki  yöndəmsiz küçələrə asfalt örtükləri döşənib. Eyni zamanda küçələrin işıqlandırılması, yaşıllığın salınması da diqqətdən kənarda qalmır”.

İlham İsmayılov idarə və müəssisə rəhbərlərinə də tapşırıq və tövsiyələrini verib.

Şərhlər bağlıdır.