Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Telefon mesajları münaqişəli ailələri davaya saldı

201

Goranboyda münaqişə davaya çevrilib. Lent.az-ın məlumatına görə, hadisə rayonun Qaradağlı kəndində baş verib. Kənd sakini Vüsal adlı şəxs keçmiş arvadı haqqında qaynı, Samux rayon sakini Elnur Abdullayevə nalayiq ifadələr yazıb. E.Abdullayev vaxtaşırı keçmiş yeznəsindən bacısı barədə gələn xoşagəlməz mesajlara son qoymaq üçün anası və bibisi ilə Vüsalın yaşadığı Goranboyun Qaradağlı kəndinə gəlib. Bu zaman münaqişə ailələr arasında davaya çevrilib.

Əlbəyaxa dava zamanı küt alətlərdən belə istifadə edən ev sahibləri söhbətə gələn köhnə qudalar – Elnur Abdullayev, Şəfiqə İbrahimova və Cəmilə Allahverənovaya müxtəlif bədən xəsarətləri yetiriblər. Zərərçəkmişlər rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bizi Avropaya aparan yollar

 

Şərhlər bağlıdır.