Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Təqaüddə olan müəllimin 71 günlük səyahəti baş çatıb

217

71 gün velosipedlə səyahət edən Mingəçevir sakini Abid İsmayılov İstanbulu görmək arzusunu gerçəkləşdirib. Səyahət zamanı o, 4 min km məsafə qət edib.

Təqaüdçü müəllim illərdir ki, şəkərli diabetdən əziyyət çəkdiyini və aktiv həyat tərzi ilə gümrah qaldığını deyir:  “Şəkərin nə olduğunu bilmirəm. Bu etdiklərimlə şəkər qalar?! Adi günlərdə saat 6-da yuxudan dururam. Hər gün 15 km yol qət edirəm”.

İsmayılov gələcəkdə də bu cür səfərlər edəcəyini bildirib.

Şərhlər bağlıdır.