Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Tələbə qızların xəbər dünyası”

346

Mingəçevir Media Mərkəzində yeni layihəyə başlanır. Həftədə bir gün olmaqla 6 həftə davam edəcək təlim proqramında Mingəçevir Dövlət Universiteti, Mingəçevir Turizm Kolleci və Mingəçevir Tibb Kollecində təhsil alan tələbə qızlar iştirak edə bilərlər. Təlim Dayanıqlı İnkişaf Məqsədləri, genderə həssas yanaşma və genderə həssas  göstəricilər, xəbər hazırlanması, mövzu və mənbə seçimi, lidin, ilk abzasın və bütöv mətnin yazılması və redaktə edilməsi, sosial problemlərlə, xüsusən gender məsələləri ilə bağlı araşdırmaların aparılması, mi-news.az səhifəsində istifadəçi profilinin açılması ilə bağlı mövzuları əhatə edəcək. Təlimi uğurla bitirənlərə sertifikatlar veriləcək.

Proqramda iştiraka maraq göstərənlər buradan daxil olub, ərizə formasını dekabrın 8-dək göndərməlidirlər.

Yerlər məhduddur. Nəzərə alın ki, cəmi 10 iştirakçı seçiləcək. Yalnız seçilənlərə email və mobil nömrə vasitəsilə təlimin başlanma vaxtı barədə məlumat veriləcək.

Təlim Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin İnkişaf Proqramının qismən maliyyələşdirdiyi və icra etdiyi “Genderə Həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” layihəsi üzrə DataHub MMC və Avrasiya Əməkdaşlıq Fondunun həyata keçirdiyi “Qadınların Səsinin Aşkarlanması” layihəsi çərçivəsində icra olunacaq.

Şərhlər bağlıdır.