Orta və ali təhsil

Tələbələr Xocalı faciəsi ilə bağlı şeirləri ingiliscə səsləndiriblər

Biz tarixə düşən bu qanlı günü heç vaxt unutmayacağıq!

Fevralın 24-də Mingəçevir Dövlət Universitetində Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib. Universitetin müəllimi Əsmər Hacıyevanın rəhbərliyi altında Pedoqoji Fakültənin Xarici dil müəllimliyi ixtisasının II və III kurs tələbələrinin hazırladıqları tədbirdə tələbələrlə yanaşı müəllim heyəti də iştirak edib.

Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Xocalı soyqrımına aid videoçarx nümayiş olunub.

Qeyd olunub ki, Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.​ Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Tədbir zamanı tələbələr Xocalı soyqrımla bağlı şeirləri ingiliscə​ səsləndiriblər. II kurs tələbələri​ Aytəkin Səmədli, Sahibəxanım Qarayeva, Lalə Səmədova, Sevinc Nağıyeva, Şəbnəm Osmanova, Sevda Şirinova ingiliscə səsləndirdikləri şeirləri və III kurs tələbəsi Diana Kamahovanın ifasında “Ağla qələnfil, ağla” şeiri sanki bir anlıq həmin anları göz önündə canlandırıblar. Bu şeirlər gənclərdə vətənpərvərlik duyğularını coşdurub.

Tədbirdə Mingəçevir Dövlət Universitetinin dekan müavini Sevinc xanım, kafedra müdiri Zenfira Əzizova, müəllimlərdən Telman Qarayev, Afayət Tanrıverdiyeva, İlhamə İsmayılova, Aygün​ xanım iştirak ediblər. Sonda tədbirin əhəmiyyəti və vətənpərvərlik ruhunun aşılanması fikri vurgulanıb. Çıxış edənlər bu tarixin unudulmaması və gələcək nəsillərə ötürülməsinin vacibliyini qeyd edib.

Tag
Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Close