Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Təbii gözəlliyin başlanğıcı sağlam yaşam tərzidir”

367

Gözəllik, sadəcə kosmetik məhsullar və makiyaj vasitəsi ilə yaranmır. Təbii gözəlliyin yerini heç bir kosmetik vasitə verə bilməz. Qadınlar hər an gözəl görünmək istəyir.               

Deyirlər, çirkin qadın olmur. Sadəcə, gözəl görünməyi bacarmayan qadınlar var. Bu, həqiqətdir ki, özünə baxmayan qadınlar var. Gündəlik qayğılar içində itib-bataraq yaraşıqlı görünməyi unutmaq bağışlanılmazdır.

Elə bir qadın yoxdur ki, dəblə ayaqlaşmaq, gözəl geyinmək istəməsin və burada yaş məhdudiyyəti əllbətə ki, yoxdur. Bəzi qadınlar etiraf edirlər ki, yaş artdıqca artıq bəzənib –düzənməyin heç bir əhəmiyyəti yoxdur. Amma  stilist, vizajist    isə deyir ki, müəyyən qaydaları  nəzərə alaraq yaşa dolan qadının özünəməxsus fərdi üslubu olmalıdır. Qadın yaşının artdığı  üçün özünü gözəlliklərdən məhrum etməli deyil .

Həmsöhbətimiz Mingəçevir şəhərində “Monika “gözəllik salonunun bacarıqlı ustalarından olan stilist, vizajist Həcər Tağıyevadır. Valideynləri onu müəllim kimi görmək istəyirdilər. Həcər də onların arzularını yerinə yetirdi. Azərbaycan   Müəllimlər İnstitutunu bitirib müəllim oldu.L akin sonda ürəyindəki arzusunun, öz istəyinin arxasınca getdi. Bu gün şəhərdə ən gözəl qadın salonlarının birində stilist  usta kimi fəaliyyət göstərir. Ona bu sənəti öyrədən  ustadına-Tünzalə xanıma həmişə minnətdarlıq edir.

Bu günlərdə qadın gözəlliyinin sirləri, toy günlərində gəlinlərin bəzədilməsi, qaşların parmanent edilməsi, baxımlı qadının necə olması fikri ilə Həcərlə görüşməyə qərar verdik.

-Ən əsası,  gözəlliyin başlanğıcı sağlam həyat tərzidir. Bu olmasa, heç bir gözəllikdən söhbət gedə bilməz. İkincisi isə qadın hansı yaşda olursa-olsun, həmişə baxımlı olmalıdır. Bizim  borcumuz xanımlara düzgün qulluq göstərməkdir. Elə xanımlarımız var ki, müəyyən yaşdan sonra özlərinə qulluq göstərməkdən imtina edirlər. Amma qadın 50 yaşdan sonra özünə daha çox fikir verməlidir. Çünki gənc yaşlarında qızlarımıza, gəlinlərimizə elə də vacib deyil ki, süni boyalardan, makiyajlardan istifadə etsinlər. Onsuz da gənclik özü bir gözəllikdir. Müəyyən yaşdan sonra insan dəyişir və bu dəyişikliyi o qədər də birüzə verməmək üçün kosmetik vasitələrdən istifadə edə bilər.

11 ildir ki,bu sahədəyəm. İldə bir dəfə öz təşəbbüsümlə 50 yaşdan yuxarı xanımlar üçün pulsuz aksiya təşkil edirəm. Burada xanımlarımız bir ay boyunca salonumuzda olan xidmətlərdən yararlanırlar. Bunu etməklə qadınlarımıza demək istəyirəm ki, siz hər yaşda gözəlsiniz, sadəcə özünüzə diqqət ayırmağaıbacarın.

-Bəs bu kosmetik vasitələrin insan səhhətinə zərəri varmı?

-Xanımlarımız xarici görünüşlərini dəyişdirmək üçün müxtəlif kosmetik vasitələrdən istifadə edirlər. Amma, gəlin görək bundan düzgün istifadə edirlərmi? İndi o qədər zərərli maddələrdən kosmetik əşyalar hazırlanır ki, gərək qadınlarımız ilk növbədə buna diqqət etsinlər. Elə qadınlarımız da var ki, evdən makiyajsız çıxmağı özlərinə kompleks bilirlər. İnsan nə qədər sadə olsa, o qədər gözəldir. Məsələn, elə xanım var ki, makiyaj ona yaraşır, amma elə xanım da var ki, əllərinə gələn kosmetik vasitələrdən düzgün istifadə qaydalarını bilmir. Belə olan zaman həm üz dəriləri korlanır, həm də onun ziyanlı tərəfi daha tez nəzərə çarpır. Biz belə xanımlara həm məsləhət veririk, həm də onların daha gözəl görünmələri üçün öz bacarığımızı əsirgəmirik. Hər bir şey öz çərçivəsində daha gözəl olur. Çərçivədən çıxanda artıq nə gözəllik qalır, nə də sağlamlıq…

-Qadınlarımız son zamanlar qalın qaşlara üstünlük verirlər. Artıq nazik qaşlar dəbdə deyil, qaşların qalınlaşdırılması üçün və ya qaşların permanenti ilə məşğul olursunuzmu?

-Mən ancaq bacardığım işlə məşğul oluram. Bilmədiyim işi isə heç vaxt etmirəm. Məsələn, seyrək və açıq rəngli qaşın permanent vasitəsi ilə bərpasını edirəm. Qaşlar rəsm çərçivəsi kimidir. Onlar üzün ifadəsini müəyyənləşdirir. Qaşların köməyi ilə üz cizgilərini mümkün qədər dəyişmək mümkündür. Permanent deyilən qaş tatuajı qaşları qalın göstərməklə yanaşı həm də uzun müddətlidir. Bu üsuldan qadınlarımız daha çox istifadə edirlər. Bu, həm rahatlıqdır, həm də qaş tatuajından sonra qaşları hər gün makiyaj etmək lazım gəlmir. Bu da qadınlarımızın vaxtına qənaət edir.

Bəzi ustalar lazimi konfiqurasiyanı almaq və yaxşı dəb vermək üçün qaşları tamamilə qırxırlar. Mən isə hesab edirəm ki, bu düzgün deyil. Təbii qaşdan gözəl heç nə ola bilməz. Bizim vəzifəmiz tamamilə süni qaşlar yaratmaq deyil, qaşın formasını yaxşılaşdırmaqdan ibarətdir.

-Bəs bunun insan orqanizminə  ziyanlı tərəfləri varmı?

-Prosedur düzgün yerinə yetirilməyəndə ola bilər və həm də burada ən vacib məqam sanitariya qaydalarıdır. Məsələn, istifadə olunan ləvazimatlar müştərinin gözü qarşısında açılmalıdır. Bu kimi qaydalara mütləq rəayət olunmalıdır.

-Salonunuzda daha hansı xidmətlər var və qiymətlər xanımları razı salırmı?

-Gəlin olmaq, möhtəşəm bəyaz paltarı geyinmək bütün qızların arzusudur. Bizim salonda ən çox görülən işlərdən biri gəlinlərin bəzədilməsidir. Xanımlar əl işimə bələd olduqları üçün gəlin bəzədilməsində də mənə müraciət edirlər. Toyunda gözəl görünmək istəyən xanımlara müxtəlif saç düzümləri, makiyaj  nümunələri təqdim edirik. Bəzən onlardan biri israr edir ki, məni baçqa cur bəzə. Amma biz onun bədən quruluşuna, sifət cizgilərinə baxanda görürük ki, müştəri düzgün seçim edə bilmir. Bu zaman öz seçimimizi onlara izah edirk və sonda da müştəri seçimində yanıldığını hiss edir. Ona görə də belə vaxtlarda daha diqqətli oluruq ki, müştəri bizdən narazı getməsin. Qiymətlərə gəlincə, bizdə görülən işin müqabilində qiymət qoyulur. Çalışırıq ki, qiymətlərimiz o qədər də baha olmasın. Onu da deyim ki, əsas görülən işin keyfiyyətdir, müştəri özü görülən işə qiymət verməlidir.

Bir saat ərzində söhbət edərkən şahidi olduq ki, müshibimizin kifayət qədər müştərisi var. Allah müştərinizi bol eləsin, Həcər xanım!

Şərhlər bağlıdır.