Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VII qrant müsabiqəsi çərçivəsində qalib olan “Robomind” layihəsinin təlimləri yekunlaşıb

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VII qrant müsabiqəsi çərçivəsində qalib olan “Robomind” layihəsinin təlimləri yekunlaşıb.

Ucar rayonu Qazıqumlaq kənd H.Əliyev adına 2 nömrəli tam orta məktəbdə keçirilən təlimlərdə otuz beş şagird iştirak edib. Layihə çərçivəsində hər biri iki saat davam edən yeddi təlim, bir müsabiqə xarakterli olmaqla, səkkiz praktiki məşğələ keçirilib.

Layihənin bağlanış mərasimində Mərkəzi Aran Regional Təhsil İdarəsinin Ucar rayonu üzrə Təhsil Sektorunun müdiri Rahib Burcaliyev, layihənin eksperti Etiram Sadıqzadə və müəllimlər iştirak edib.

Qeyd edək ki, Mətanət Məmmədovanın rəhbərlik etdiyi layihənin əsas məqsədi şagirdlərdə proqramlaşdırma biliklərini inkişaf etdirmək, robotatexnika ilə bağlı bacarıqlarını formalaşdırmaqdır. Layihə iştirakçılarına sertifikatlar verilib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.