Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi olmuş “STEAM kəndi” layihəsi uğurla başa çatıb. Layihənin əsas məqsədi kənd məktəblərində təhsil alan şagirdləri SAF Azerbaijan yarışlarına hazırlamaq və onların texnologiya sahəsində potensialını üzə çıxarmaqdır.
Üç ay müddətində həyata keçirilən layihə çərçivəsində kənd məktəblərinin şagirdlərinə texnologiya və mühəndislik istiqamətləri üzrə xüsusi təlimlər keçirilib. Təlimlərdə şagirdlər innovativ həll yolları ilə tanış olub, komanda şəklində çalışaraq öz yaradıcılıq və problem həll etmə bacarıqlarını inkişaf etdiriblər.
Bununla yanaşı, şagirdlərin respublika səviyyəli texnoloji yarışlara hazırlıqları üçün xüsusi proqramlar tətbiq olunub, müxtəlif praktiki məşğələlər vasitəsilə onların bilikləri möhkəmləndirilib və təcrübə qazanmaları təmin edilib.
Layihənin yekun tədbirində qeyd olunub ki, kənd məktəblərində təhsil alan istedadlı şagirdlərin texnologiya sahəsinə olan marağı və fəallığı yüksəkdir. Təşkilatçıların fikrincə, kəndlərdən gələn ideyalar Azərbaycanın gələcəyini formalaşdırmaq üçün mühüm əhəmiyyət kəsb edir.
“STEAM kəndi” layihəsi gələcəkdə də kənd məktəblərində texnoloji təhsilin inkişafına töhfə vermək məqsədilə davam etdiriləcək.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.