Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Əsgər və zabitlər də rəqs edən mingəçevirlilərə qoşuldular

212

Silahlı Qüvvələr günü münasibətilə “N” saylı hərbi hissədə keçirilən bayram tədbirinə Mingəçevir Şəhər İcra hakimiyyətinin  və hüquq-mühafizə orqanlarının rəhbərləri, Qarabağ müharibəsi və şəhid ailələrinin təmsilçiləri və digər ictimaiyyət nümayəndələri də qatılıb. Dövlət Himnimiz səsləndiriləndən sonra hərbi hissənin komandiri, polkovnik-leytenant Cərulla Ağayev 101 illik tarixi olan milli ordumuzun keçdiyi şanlı yoldan, onun ilk qurucularından söz açıb və əminliklə bildirib ki, Ali Baş Komandanın əmri ilə torpaqlarımızı düşməndən azad etməyə hazırdırlar.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov  şanlı gün münasibətilə əsgər və zabitləri təbrik edib, Azərbaycan ordusunun yenilməz gücündən danışıb. Başçı hərbi hissənin bir qrup nümunəvi əsgər və zabitinə qiymətli hədiyyə təqdim edib.

Bayram şənliyi şəhər mədəniyyət işçilərinin və Uşaq Gənclər İnkişaf Mərkəzinin maraqlı ifaları ilə davam edib. Əsgər və zabitlər də rəqs edən mingəçevirlilərə qoşulublar.

Əsgər və zabitlər mingəçevirlilərlə birgə əsl bayram ovqatı yaşadılar

Şərhlər bağlıdır.