Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Sevinc” rəqs qrupu Türkiyədə olub

185

Uşaq Yaradıcılıq Mərkəzinin rəqs dərnəyinin rəhbəri Mələk Tağıyeva deyib ki, 23 Nisan – Ata Türkün 1923-cü ildə təsis etdiyi Dünya Uşaq bayramıdır: “20 nəfərlik heyətlə qardaş ölkədə olduq. Tərkibdə 12 uşaq, 2 müəllim, 8 valideyn vardı. Festival Sarıyel Bələdiyyəsi tərəfindən təşkil olunmuşdu”.

Mələk Tağıyevanın dediyinə görə, müxtəlif ölkələrin iştirak etdiyi festivalda “Sevinc” rəqs qrupunun üzvləri  “Tərəkəmə”, “Naz eləmə” kimi milli Azərbaycan rəqslərini təqdim ediblər.

3 saylı məktəbin direktor müavini Almaz Məmmədova bu festivalın Azərbaycan mədəniyyətinin tərnnümü ilə yanaşı həm də siyasi bir addımın olduğunu vurğulayıb: “Uşaqlar  dünya dövlətlərinə “Uşaqlara sülh lazımdır”, ”Uşaqlar müharibəsiz dünyada yaşamamalıdırlar”, ”Onlar müharibə istəmirlər” kimi müraciətlər etdilər. Eyni zamanda mingəçevirlilər başqa ölkələrin uşaqları ilə də yaxından tanış oldular”.

Festivala Türkiyənin müxtəlif bölgələri ilə yanaşı Avropa ölkələrindən, Azərbaycandan və Gürcüstandan qruplar qatılmışdılar. Münaqişə zonasından gələn kürd əsilli uşaqlar da festival iştirakçılarının arasında olub.

Şərhlər bağlıdır.