Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Sərhədlər bağlı olsa da, “Sarı gəlin” sərhədləri aşdı

227

Azərbaycan, Türkiyə, Amerika, İran və Fransada yaşayan soydaşlarımız pandemiya ilə əlaqədar #evdəqal kampaniyasına qoşularaq, “Sarı gəlin” xalq mahnısını birgə ifa ediblər. Bu layihə Regional Mədəniyyət İdarələri arasında ilk olaraq Bərdə Regional Mədəniyyət İdarəsi Mingəçevir şəhər nümayəndəliyi Ü.Hacıbəyli adına 11 illik musiqi məktəbinin təşəbbüsü ilə baş tutub. İlk dəfə 1930-cu illərin əvvəllərində Asəf Zeynallı tərəfindən nota köçürülərək, fortepiano üçün işlənən “Sarı gəlin” bütün dünyada yaşayan türklərin sevilən mahnisidir.

Azərbaycanda karantin tətbiq olunduğu günlərdə Ü.Hacıbəyli adına 11 illik musiqi məktəbinin direktoru Vüsal Məmmədov və kollektivin təşəbbüsü ilə “Eyvana çıx”, “Evdə konsert” və ZOOM proqramı ilə məktəbin orkestrinin konserti reallaşıb. Məktəbin müəllimləri tədris proqramı üzrə şagirdlərə onlayn dərslər keçirlər.


Şərhlər bağlıdır.