Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Sələmçi ananın oğlu həyat yoldaşını qətlə yetirdi

229

Hadisə ötən gecə Mingəçevir şəhərinin  Xətai küçəsindəki 16 saylı ünvanda, yaşayış   binasında   qeydə alınıb. Şəhər sakini Kənan Əzizov  aralarında baş verən ailə münaqişəsi zəminində iki uşaq anası olan həyat yoldaşı Əzizova Günel Yusif qızını amansızcasına qətlə yetirib.

Mərhumənin  bacısı Gülşən xanımın verdiyi məlumata görə,  iki uşaq anası Günel Əzizovaya əri 25 bıçaq zərbəsi vurub,  başından balta zərbələri endirib,  sonda başını balta ilə kəsib. Güləşən xanış onu da bildirdi ki, bacısının qaynanası Nailə xanım sələmçiliklə

Məşğuldur və hadisə də bundan qaynaqlanıb: “O, verdiyi sələmlərin faizini yığmaq üçün dəfələrlə bacımı müxtəlif  ünvanlara göndərirdi. Bacım  həmiş bizə deyirdi ki, haram pul yeməkdən bezmişəm. Bu zaman evlərində həmişə dava-dalaş olurdu. Mən hadisə olan günü uşaqlarımı xəstəxanaya gətirmişdim. Ozüm Mingəçevirin Tərəvəzçilik sovxozunda oluram. Bacımgilə zəng vurub hal-əhval tutdum. .Sən demə saat 3 radələrində bacımı əri, baldızı və qaynanası birlikdə qətlə  yetiriblərmiş”.

Mərhumənin anası Xumar xanım hələki meytin basdırılmasını istəmir.  Kənan Əzizov polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində tapılaraq, istintaqa təhvil verilib.

Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda  cinayət işi açılıb,  araşdırma aparılır.

Şərhlər bağlıdır.