Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Səhiyyə nazirindən nümunəvi addım

Nazir: “Bir həyatı xilas etmək – bütün dünyanı xilas etmək kimidir”

26

Türkiyənin səhiyyə naziri Kamal Memişoğlu öz orqanlarını “e-Nabız” sistemi vasitəsilə rəqəmsal şəkildə bağışlayıb.
Nazir bildirib ki, orqan bağışlanması insan həyatını xilas edən ən vacib humanist addımlardan biridir.

“Bizim inancımıza görə, bir həyatı xilas etmək bütün dünyanı xilas etmək kimidir. Bu anlayışı cəmiyyətə daha geniş izah etməliyik”, – deyə Memişoğlu qeyd edib.

Səhiyyə naziri həmçinin vurğulayıb ki, Türkiyə orqan transplantasiyası sahəsində əldə etdiyi nailiyyətlərlə bir çox ölkə üçün nümunə rolunu oynayır.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.