Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Region gəncləri üçün xarici dil təlimləri və təcrübə turları davam edir

207

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Mingəçevir Turizm İnformasiya Mərkəzi, Gənclər və İdman İdarəsi və Gənclər Evinin təşkilatı dəstəyi ilə “Regionu gənc bələdçilərlə tanıyaq!” layihəsinin növbəti hissəsi davam edir. “İşıqlı Gələcək” Gənclər İctimai Birliyi tərəfindən həyata keçirilən layihədə əsas məqsəd iştirakçılara turizm bələdçiliyi sahəsində nəzəri və praktik biliklər vermək, regionda yerli və xarici turistlərin diqqət mərkəzində olan turizm marşrutları üzrə turların texniki tərəfləri, turistlərlə kommunikasiyanın düzgün qurulması və digər məsələlər barədə nəzəri və təcrübə təlimləri təşkil etməklə ətraflı məlumatlandırmaq, bələdçilərə xüsusi dil kursları təşkil etməklə turizmin inkişafına dəstək olmaqdır.

2 ay davam edən, müxtəlif təhsil müəssisələrində həyata keçirilən təlimlərdən sonra iştirakçılara əsasən rus və ingilis dili üzrə kurslar təşkil olunub. Təlimlərin və kursların təşkil olunmasında məqsəd bu sahədə iştirakçıların bilik və bacarıqlarının artırılmasına kömək etmək, onlara bələdçilik işinin sirrlərini öyrətməkdən ibarətdir. Paralel olaraq müxtəlif turizm müəssisələrdə iştirakçılar üçün təcrübə turları təşkil olunub. Onlar müəssisələrin iş prinsipi ilə yaxından tanış olub, bununla da biliklərini daha da təkminləşdiriblər. Xatırladaq ki, 3 ay davam edən layihənin sonunda təlimləri uğurla başa vuran fəal gənclərə diplomlar təqdim olunacaq.

Tural Kərimov

Şərhlər bağlıdır.