Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Qum-cınqıl karxanaları mədən vergisini ödəməkdən boyun qaçırırlar

324

Mingəçevir Bələdiyyəsi 12 dekabr 1999 cu ildə yaradılıb. Bələdiyyənin mülkiyyətində iki park, 8 fəvvarə var. O, büdcəsinə uyğun olaraq, park və fəvvarələrdə, məhəllələrdə tikinti-abadlıq işləri aparır. Məhəllələrin problemlərinin müəyyənləşdirilməsi və həll edilməsi məhəllə komitələri vasitəsi ilə həyata keçirilir. Hazırda bələdiyyənin şəhərin müxtəlif ərazilərini əhatə edən 90 məhəllə komitəsi var.
7 aydır ki, bələdiyyəyə Coşqun Abdullayev rəhbərlik edir. O, 1999 cu ildən bələdiyyə üzvüdür. 2009-cü ildə bələdiyyə sədrinin müavini, 2013 cü ilin dekabrında isə Mingəçevir bələdiyyəsinin sədri seçilib. Bu yaxınllarda Bələdiyyələrin Mükafatlandırılması Komissiyasının qərarı ilə bələdiyyə işində xidmətlərinə görə “Qızıl bələdiyyə nişanı”ilə təltif olunub.

-Hansı işlərə görə bu mükafat sizə verilib?

-Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilən inkişaf starategiyası, həyata keçirilən irimiqyaslı islahatlar, məqsədyönlü şəkildə reallaşdırılan və ölkəmizin sosial-iqtisadi inkişafında mühüm rol oynayan dövlət proqramları nəticəsində əhalinin yaşayış səviyyəsi yüksəlib. Bu, yerli idarəetmədə də mövqeləri möhkəmlətməyi, bələdiyyələrin də fəaliyyətini müasir səviyyədə qurmağı tələb edir. Sədr seçilən kimi digər bələdiyyə üzvləri ilə birgə vətəndaşlarla görüşdüm, onları narahat edən problemlərlə yaxından tanış oldum. Məhəllə komitələrinin gördüyü işlərə baxış keçirdim. Məhəllə komitəərinin müraciətləri əsasında reallaşan layihəyə görə, xeyi-şər mağaralarına tikinti matreialları alınıb və sakinlər tərəfindən təmir işlıri aparılıb.Hazırda iki məhəllədə yeni mağar tikilir.
Bələdiyyə mülkiyyətində olan icarəyə verilmiş torpaqlardan vergilərin yığılması çox aktual məsələdir. Əmlak vergisi hələ də problem olaraq qalır. Demək olar ki, bu, bütün respublika bələdiyyələrinin ümumi bəlasıdır. 2012-13-cü illər ərzində əmlak vergisi ilə bağlı problemlərimiz qalmaqdadır.Onu da vurğulayım ki, son altı ayda əmlak vergisindən 4 min 600 manat pul yığa bilmişik. Elə başa düşürəm ki, bu, respublikada ən yüksək göstəricidir. Məhəllələrdə mağarların yenidən qurulmasına-təmir və tikintisinə 16 min manatdan artıq vəsait ayırmışıq. Şəhərimizdə aparıan abadlıq işlərində də bələdiyyənin üzərinə çoxlu işlər düşüb, çalışırıq ki, öhdəsindən gələk. Yəqin ki, mükafat da son 6 ay ərzində gördüyüm işlərin nəticəsinə uyğun olaraq verilib.

-Bələdiyyə sədri kimi bu gün sizi ən çox narahat edən məsələ nədir?

-30 ildən artıqdır ki, Mingəçevirdə yaşayıram. Demək olar ki, şəhərdə hamını tanıyıram. Çalışıram ki, hamı ilə bir bələdiyyə sədri kimi yox, bir vətəndaş kimi dil tapım. Bütün idarə, müəssisə və təşkilatlarla da qarşılıqlı işləməyin marağındayam..
Amma bəzi təşkilatlar qanuna əməl etəm istəmirlər. Mingəçevirdə 10-a yaxın qum-çınqıl karxanası fəaliyyət göstərir. Onlardan ancaq 1-2-si bizimlə qarşılıqlı işləyir, vaxtlı-vaxtında hesabatını da verir. Yerdə qalanlarla isə dil tapa bilmirik. Yəni onlar nə hesabat verir, nə də mədən vergisini ödəyirlər. Belələri barədə heç bir tədbir görülmür. Bunula bağlı seçicilərimiz də tədbir görülməsi üçün bizə müraciət edirlər.
Bir neçə gün öncə bir daha 5 karxanaya məktubla müraciət etmişik. Lakin heç birindən səs-səmir çıxmır. Dəfələrlə məhkəmə çəkişmələrinə də getmişik. Onların borclarına dair məhkəmə qərarları var, amma bu qərarlar icra olunmur. Texnikalarına da həbs qoya bilmirik. Təqdim edilən sənədlərdə avadanlıqların icarəyə götürüldüyü yazılıb. Bu günlərdə onların mühasiblərini dəvət edib söhbət aparmışıq. Əgər söhbətimiz alınmasa, yenə məcburuq ki, məhkəməyə üz tutaq.

Şərhlər bağlıdır.