Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Qanunsuz obyektlərin avadanlıq və qurğuları zibilxana ərazisinə daşınacaq

İlham İsmayılov: “Bizim bir mövqeyimiz var: şəhəri abadlaşdırmaq. Amma bəzi işbazlar buna maneçilik törədir”

653

İyunun 30-da  Mingəçevir şəhər İcra Hakimiyyətində  şəhər fəallarının yığıncağı keçirilib. İH başçısı İlham İsmayılov diqqətə çatdırıb ki, son vaxtlar şəhərin park və xiyabanlarında, küçə və ticarət obyektlərində özbaşınalıqlar baş alıb gedir, bu da yerli əhalidə hədsiz narazılıq yaradıb: “Bununla əlaqədar şəhər İcra Hakimiyyətinə çoxsaylı müraciətlər daxil olub”.

Başçı Sahil parkı, Dostluq, Nəsimi və eləcə də digər parklarda işbazların heç bir qanuna əməl etmədən yersiz fəaliyyətlər göstərməklə sakinlərin istirahətini kobud şəkildə pozması, küçə ticarətində özbaşınalıqların səkilərdə gediş-gəlişi çətinləşdirməsi, Mingəçevir bazarlarına gələn avtobusların qeyri-qanuni fəaliyyəti nəticəsində şəhərin çirklənməsi və qanunsuz tikililərin baş alıb getməsi ilə bağlı 4 məsələ ətrafında müzakirə aparmağı məqsədəuyğun hesab edb: “Bu gün bir çox istirahət yerlərində qanunsuz obyektlər, çayxanalar fəaliyyət göstərir. Kim bunlara icazə verir? Hər yerdə də hallandırılar ki, İcra Hakimiyyətindən icazəmiz var. Yeni tikilib istifadəyə verilmiş parklarda bir də görürsən ki, çayxana fəaliyyətə başlayıb. 130 min əhalisi olan mingəçevirlilər bu gün normal istirahət etməyə yer tapmırlar. Xüsusilə yay mövsümü ərəfəsində əhali normal istirahət etmək istəyir. Lakin bu işbazlar narahatlıq törədirlər. Onlar əhalinin kütləvi istirahət etdiyi Sahil parkını bərbad vəziyyətə salıblar”.

İcra başçısı FHN –nin əməkdaşına da iradını bildirib. O, qeyd edib ki, bu şəhərdə özbaşına tikililərin sayı günbəgün artır: “Bu nədir? Şuranın qərarı niyə icra olunmur? Mən məcburam sizin  mərkəzi qurumlarla danışam və nümayəndə dəvət edəm. Kimdir bu şəhərə özbaşınalıqları gətirən? Şəhərin “Orxan” bazarı deyilən ərazisində qanunsuz ticarət obyektləri baş alıb gedir. Bizim bir mövqeyimiz var: şəhəri abadlaşdırmaq. Amma bəzi işbazlar buna maneçilik törədir”.

İ.İsmayılov vurğulayıb ki, mövcud problemlərin aradan qaldrılmasında ictimaiyyət nümayəndələrinin, xüsusən mətbuat işçilərinin dəstəyi ürəkaçandır: “Çox istərdim ki, bu günkü yığıncağa toplanmış fəallar bütün bu xoşagəlməz halların aradan qaldırılması üçün öz sözlərini deməklə Mingəçevir şəhər İcra Hakimiyyətinə dəstək olsunlar. Biz yol verə bilmərik ki, şəhid ailəsi və yaxud qazi adından istifadə edən bu işbazlar  gözəlliklərə kölgə salsınlar. Ordakı qanunsuz obyekt sahiblərinə xəbərdarlıq edin və bir gün vaxt verin ki, avadanlıq və qurğularını özləri söküb aparsınlar. Əks təqdirdə həmin avadanlıq və qurğular şəhərin kənarında yerləşən zibilxana ərazisinə daşınacaq”.

Toplantıda şəhər fəallarndan Mirzə Cavadov, İxtiyar Həsənli, Fərman Nəbiyev, Əmir Orucov, Oqtay Cəfərov, Rizvan Mikayıllı, şəhər İcra Hakimiyyətinin başçısının müavini Məhluqə Cavadova vəziyyətə münasibətlərini bildiriblər. Onlar qeyri-qanuni fəaliyyət göstərən, qanunsuz tikililərə yol verən işbazlara qarşı ciddi ölçü görülməsinin vacibliyiini diqqətə çatdıriblar.

Görüşdə iştirak edən şəhər polis şöbəsinin rəlsi, polis polkovniki Ədalət Əliyev polisin hər zaman qanunsuzlaqlara qarşı kəskin mübarizə apardığını dilə gətirib və əminliklə bildirib ki, polis şöbəsi əməkdaşları İH-nin növbəti tədbirlərində də  yaxından iştirak etməyə hazırdır.

Görüşün sonunda Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısının sərəncamı ilə  qanunsuzluqların aradan qaldırılması üçün yaradılan işçi qruplarının tərkibi elan edilib və onlara tapşırıq və tövsiyələr verilib.

Şərhlər bağlıdır.