Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Prezident Kuboku 2023” beynəlxalq reqatasına 20-dək ölkədən akademik, kayak və kanoe üzrə 100-dək idmançı qatıldı

Heydər Əliyevin anadan olmasının 100-cü  ildönümünə həsr olunmuş beynəlxalq reqata mayın 6-da Mingəçevirdə başa çatıb

9

Mayın 3-də Mingəçevirin Heydər Əliyev prospektində nəzərdə tutulan parad hava şəraiti ilə əlaqədar mayın 4-nə keçirildi. Azərbaycan, Türkiyə, İspaniya, Polşa, Özbəkistan, Ukrayna, Şimali Makedoniya, Latviya, Bolqarıstan, Rumıniya, Gürcüstan və digər ölkələri təmsil edən idmançılar hərbi orkestrın müşayəti altında milli bayraqları ilə prospekt boyu hərəkət etdilər. Azərbaycan gəncləri milli bayrağımızla Qarabağ atlarında dövrə vurdular.Paradda  həm də “Qarabağ Azərbaycandır” şüarları səsləndirildi. Böyük  monitorda ulu öndərin  unudulmaz görüntüləri nümayiş olundu və Qarabağla bağlı vaxtilə səsləndirdiyi fikirləri səsləndirildi. Eyni zamanda prezident İlham Əliyevin 44 günlük müharibə ilə  bağlı fikirlərindən bəhs edən videoçarxla təqdim olundu.

Şəhər rəsmiləri və qonaqlar Heydər Əliyevin abidəsini ziyarət etdilər.

Mingəçevir Uşaq Yaradıcılıq Məktəbinin istedadlı yetirmələrinin şux rəqsləri və onlara qoşulan beynəlxalq reqata iştirakçılarının  meydanda Yallı havası ilə dövrə vurması tədbirə özünəməxsus çalar qatdı.

Mayın 4-də səhər Suqovuşanda start götürən beynəlxalq reqata 5 və 6 mayda  Mingəçevir “Kür” Olimpiya Tədris İdman Mərkəzində davam etdirildi.

Şərhlər bağlıdır.