Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Peşə təhsilin əhatələndirilməsinə dəstək proqramı” layihəsi uğurla həyata keçirilib

34

Balakən rayonunda həyata keçirilən gənclər arasında Peşə təhsili sahəsində olan marağın artırılması və gənclərin Peşə təhsilə cəlb olunmasına dəstək verməsi məqsədini daşıyan layihə çərçivəsində 4 təqdimat keçirilib.

Təqdimatlarda Balakən rayonunda yaşayan və təhsil alan gənclər iştirak ediblər.

Layihənin aparıcısı Murad Bicilov gənclərə peşə təhsilinin rayonumuz üçün vacibliyi haqqında məlumat verib. Rayonda fəaliyyət göstərən peşə məktəbləri və peşə təmayüllü siniflər haqqında geniş məlumat verilib.

Layihənin təqdimatlarında Peşə təhsilinin vacibliyi, Peşə Təmayüllü siniflərin müasir təhsil sistemində hansı imkanlar yaratdıqları, ali təhsil almaq imkanı olmayan və savadı olmayan gənclərə gələcəkdə əl işləri və bir sənət sahibi olmaq imkanı əldə etmək üçün məlumatlı oldular. Peşə təhsili alan gənclərin gələcəkdə hazırladıqları əl işlərini əmək bazarına çıxışın təmin olunması haqqında məlumat əldə ediblər.

Gənclərdə özünə inam hissi artırıldı və onların hazırladıqları əl işləri elə məktbədədə qalmaması üçün müəyyən məlumatlar əldə etdilər.

 

Şərhlər bağlıdır.