Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Pensiya artımı 2026-cı ilin əsas sosial yeniliyi olacaq

Əmək pensiyalarının indeksləşdirilməsi və yeni təyinatlarla bağlı xərclərin artması nəticəsində pensiya məbləğlərinin 7,9 faiz yüksələcəyi proqnozlaşdırılır. Dövlət Sosial Müdafiə Fondunun 2026-cı il büdcəsinə görə, bu artım pensiyaçıların gəlirlərinə əhəmiyyətli təsir göstərəcək.

79

Gələn il pensiyalar artacaq — orta məbləğ 580 manata yaxınlaşır

2026-cı ildə əmək pensiyalarının ödənişi üzrə xərclərin həcmi 7 milyard 992,88 milyon manat səviyyəsində proqnozlaşdırılır. Bu, 2025-ci ilin təsdiqlənmiş proqnoz göstəricisi ilə müqayisədə 782,35 milyon manat və ya 10,85 faiz çoxdur.

Bu barədə məlumat “Dövlət Sosial Müdafiə Fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, pensiya xərcləri 2026-cı ildə nominal əməkhaqqının gözlənilən artım tempinə uyğun olaraq 9,2 faiz indeksləşdiriləcək. Hesablamalara görə, gələn il əmək pensiyalarına ayrılacaq illik vəsaitin təxminən 635,6 milyon manat artacağı gözlənilir.

Nominal əməkhaqqı göstəricisində cəmi 1 faiz dəyişiklik belə illik pensiya xərclərinə təxminən 72 milyon manat təsir göstərə bilər.

Pensiya xərclərinin artımına əsasən bu amillər təsir edir:

  • pensiyaların indeksləşdirilməsi və yenidən hesablanması;

  • yeni təyinatlar və sistemə daxil olan pensiyaçıların sayının artması;

  • əlavə sənədlərin təqdim olunması ilə əlaqədar düzəlişlər;

  • qadınlara yaşa görə pensiya təyinatında yaş həddinin tədricən artırılması.

Bütün bu faktorlar nəzərə alınmaqla, 2026-cı ildə orta pensiya məbləğinin 2025-ci ildə gözlənilən 537 manat səviyyəsindən təqribən 7,9 faiz artaraq 579,2 manata çatacağı proqnozlaşdırılır.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.