Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Paltaryuyan maşın tüstülədi və mənzil yandı

211

Mingəçevir şəhər sakini, 1962 ci il təvəllüdlü Rəna Balayevaya məxsus evdə yanğın olub. Hadisə şəhərin  H.Əliyev prospektindəki  4 mərtəbəli binanın 3-cü mərtəbəsində, 11 saylı mənzildə  baş verib. Yanğın yerinə dərhal Mingəçevir Yanğından Mühafizə briqadasının iki maşını və canlı qüvvəsi gəlib və yanğını söndürüb.

Hadisənin vanna otağında paltaryuyan maşının tüstülənməsindən törəndiyi bildirilir.

Şərhlər bağlıdır.