Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Pəncərədən baxan abidə

199

Yəqin ki, abidənin köhnə vəziyyəti hər birimizin yadındadır. Hazırkı vəziyyəti də göz qabağındadır. Əvvəllər şəhərin o biri başından görünən, ucalan abidə indi sanki şəhərimizə pəncərədən baxır. Əvvəllər abidənin yanından keçəndə baxmaq fikrin olmasa da insanın gözü sataşırdı. Amma indi istəsən de görmək mümkün deyil. Çünki abidənin kənarları sütunlar vasitəsi ilə hasara alınıb. Məncə, bu sütunlar sosial şəbəkələrin və başqa reklamların elan lövhəsi olmaqdan başqa bir işə yaramır. Bu qurulan sütunlar sadəcə bir mane kimi abidənin qarşısını kəsir, insanları və ən əsası şəhərə gələn əcnəbiləri bu gözəllikləri görməkdən məhrum edir. Inanıram ki, bu məqaləni oxuyan hər bir şəxs mənimlə razılaşacaq ve vurğuladığım fikri təsdiqləyəcək.

Aytən Yolçuzadə

Şərhlər bağlıdır.