Cəmiyyət

Öz həyatını yaradan qadın

Lalə Novruzova: “Ailəmi xilas etmək üçün əlimdən gələn hər şeyi etdim. Amma mən bir addım irəli getdikcə, o, iki addım geri gedirdi...”

Həyatda o adamlar uğur qazana bilirlər ki, öz talelərini özləri yaratmağa
çalişirlar.Yəni insan düşündükcə, öyrəndikcə inkişaf edir. Qəhrəmanim Lalə
Novruzova da öz həyatını özü yaratmağa çalışdı və yaratdı da.

“Ərim bizi dörd divarın arasında “dustaq” saxlayırdı”

Lalə Novruzova Gəncə şəhərindəki 29 nömrəli məktəbi 2010-cu ildə bitirib. Elə
həmin ildə Baki Dövlət Universitetinin fizika fakültəsinə daxil olub. 19 yaşında
valideynlərinin təkidi ilə uzaq qohumlarından biri ilə ailə həyatı qurub: “Biz
evlənəndən az sonra qadağalar başladı. Bu, əsasən gediş-gəlişimlə bağlı idi. O
zaman tələbə idim, universitetdə oxuyurdum. Övladım dünyaya gələndən sonra
həm oxumaq, həm də uşaq saxlamaq xeyli çətinləşdi. Uşağa baxıcı baxsa da, bütün
ev işləri öhdəmə düşürdü. Üstəlik gündəlik dərslərimə hazırlaşmalıydım. Ərim
qətiyyən əlini ağdan-qaraya vurmurdu. Həm də uşaqla bərabər küçəyə çıxmağıma
razılıq vermir, bizi dörd divarın arasında “dustaq” saxlayırdı”.
Lalə deyir ki, hətta isti havalarda belə onun yaşadığı 11-ci mərtəbədən aşağı
düşməsinə icazə verilmirdi: “Ətrafdakı insanlara baxırdım, onlara paxıllığım
tuturdu. Valideynlərim, nənəm isə deyirdilər ki, hamının ailəsində söz-söhbət olur,
gərək yola verəsən. Ailəmə başa sala bilmirdim ki, mənə içində xoşbəxtlik olan ev
lazımdır”.
Lalə başa düşür ki, belə davam edə bilməz, hər şeyi dəyişmək lazimdır: “Qərara
gəldim ki, magistraturaya hazırlaşım. Valideynlərim etiraz etmədilər. Qaynanam,
qaynatam və yoldaşım isə razi deyildilər. Həyat yoldaşım məcbur olub, razılaşsa
da, hərəkətləri onu demirdi. Gah kefi olmurdu, işıqları və deyirdi ki,
sən bu gün dərs oxumayacaqsan.

“Dedim ki, bu evə bir də qayıtmayacağam”

Lalə deyir ki, günün birində əşyalarını yığıb, evdən çıxıb, taksiyə minib atası evinə
gedib: “Yoldaşıma isə sadəcə bir ismarış göndərdim. Ondan səs-səda çıxmadı, bir
həftədən sonra isə qaynatam gəldi ki, gəl gedək, hər şey dəyişəcək, düzələcək. Bu
zaman atam zəng vurub dedi ki, səni başa düşürəm, çətindir, amma indi qaynatan
gəlib, ağsaqqaldı, sözünü yerə salma: “Əgər, bir də bu hadisə təkrarlansa, səni
özüm gəlib gətirəcəm”.

Lalə qayıdandan sonra da ərindən diqqət əvəzində təpki görməyə başlayıb: “Mən
magistraturaya qəbul oldum, amma ərim buna sevinmirdi. Hər gün söz-söhbət,
dava-dalaş…Bezmişdim. Səhər qalxdım, yoldaşıma gözəl səhər yeməyi hazirladım,
o gedəndən sonra valideynlərimi çağırdım. Evdən çıxanda anama dedim ki, bu evə
bir də qayıtmayacağam. Mən boşanmaq üçün getmirdim. Dəfələrlə qaynanama
dəyirdim ki, bəlkə gələk sizdə qalaq. Onların Gəncədə iki mərtəbəli evi var.
Düşünürdüm ki, bir yerdə olsaq, bəlkə söz-söhbət qurtarar. Hətta psixoloqdan da
məsləhət almağa çalışırdım, ailəmi xilas ətmək üçün əlimdən gələn hər şeyi
edirdim. Amma mən bir addim irəli getdikcə, həyat yoldaşım iki addim geri
gedirdi.
Lalənin dediyinə görə, ata evinə gələndən az sonra ona məhkəmədən məktub gəlib:
“Yoldaşım bosanmaq üçün iddia vermisdi. Ortada usaq olduğu üçün bosanma bir
az uzun çəkdi. Amma əsl dava bundan sonra başladı. Uşağı əlimdən almaq üçün
hədə-qorxu gəldilər. Bu mümkün olmadıqda isə pulla mənliyimi almaq istədilər”.

Lalə zorakılığa məruz qalmış qadınlara uğur hekayəsini danışır

Lalə çətinliklərə baxmayaraq, yerində saymadı. Magistatura təhsilini davam
etdirdi, ingilis dilini mükəmməl öyrəndi, könüllü kimi Förmula 1 oyunlarına
qatıldı, nəhayət Italiyada 6 ayliq təhsil proqramı qazandı. Sonra Parisə, Varşavaya
səfər etdi. Yeri gəlmişkən, indiyədək 13 ölkədə təcrübə səfərlərində, seminar və
treninqlərdə olub. Gəncədə “Təmas” Ictimai Birliyində isə düzəlib. Burada
zorakılığa məruz qalmış qadınlara öz uğur hekayəsini danışır. Elə bu təşkilatın
xətti ilə Amerikaya da gedib çıxıb.
“Təmas” İctimai Birliyinin nəzdindəki sığınacağa rəhbərlik edən Kübra
Ələkbərovanın dediyinə görə, onun 2008-ci ildə Südabə Məmmədova ilə birgə
yaratdığı təşkilat insan alveri və məişət zorakılığı qurbanlarına yardım göstərir:
“Südabə xanim özü də bosanmıs qadındır və o, belə vəziyyətə düşən xanımların
problemlərini yaxşı bilir. Belə qadınların əksəriyyəti həm ailələri, həm də
cəmiyyət tərəfindən cox ciddi zorakılığa məruz qalırlar. Biz də həmin insanlara
kömək edir, uğur qazananların təcrübələrini paylaşırıq”.
Keçmişdə boşanma çox nadir hallarda baş verdiyini diqqətimizə çatdıran 95 yaşlı
Firüzə Səfərova (Mingəçevirdə yaşayır) gəncləri səbrli və təmkinli olmağa çağırır:
“Hər ailədə söz-söhbət olur. Onu böyütməmək mümkündür. İndiki gənclər ailəni deyil, yalnız özlərini düşünürlər. Valideynlər xırda söz- söhbətə görə övladların
ailəsinə qarışırlar. Deyirlər ki, yola gedə bilmirsən, boşan. Ona görə də
boşanmalar günbəgün artır…”

Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Bu xəbəri oxumusunuz?

Close
Close