Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Onlayn təhsil adı ilə fırıldaq

“Endirimli kurs” elanları ilə insanları aldadan Azər İsmayılov polis tərəfindən saxlanılıb

94

Sosial şəbəkələrdə “endirimli onlayn xarici dil kursu” elanları paylaşaraq vətəndaşları aldadan 27 yaşlı Azər İsmayılov polis əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyindən bildirilib ki, o, təsisçisi olduğu “iamzerv academy” adlı səhifədə xarici dil kurslarını bazar qiymətindən xeyli ucuz təklif edib. Elanlara inanan şəxslər 50–600 manat aralığında vəsaiti A.İsmayılovun hesabına köçürüblər. Pul köçürüləndən sonra isə “müəllim” onlarla əlaqəni kəsib, kurs isə reallıqda mövcud olmayıb.

Hazırda Azər İsmayılovun dələduzluq əməli ilə bağlı daxil olan şikayətlər üzrə araşdırmalar davam etdirilir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.