Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Ömrünün 30 ilini qardaş ölkədə yaşayan Aygün Attar məsul vəzifəyə irəli çəkildi

369

Azərbaycanlı alim, professor Aygün Attar Türkiyə Prezident Administrasiyasının təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü təyin olunub. Prezident Rəcəb Tayyib Ərdoğanın bu barədə qərarı ölkənin “Resmi Gazete”sinin 06  fevral 2021-ci il tarixli nömrəsində dərc olunub: “Cumhurbaşkanı Recep Tayyip Erdoğan’ın imzasıyla yayımlanan atama kararına göre, Cumhurbaşkanlığı Güvenlik ve Dış Politikalar Kurulu üyeliğine Cumhurbaşkanlığı Teşkilatı Hakkında Cumhurbaşkanı Kararnamesi’nin 21’inci maddesi gereğince Prof. Dr. Aygün Attar atandı.”

Aygün Attar Azərbaycanın Qubadlı rayonunda anadan olub, 1986-cı ildə Bakı Dövlət Universitetinin jurnalistika ixtisası üzrə bitirib, 1993-cü ildə Rusiya Elmlər Akademiyasının tarix şöbəsində doktorluq dissertasiyasını müdafiə edib. Ailəlidir, üç övlad anasıdır.

Ömrünün 30 ilini  qardaş ölkədə yaşayan soydaşımız 2012-2016-cı illərdə Türkiyənin Girəsun Universitetinə rəhbərlik edib. Tarix və mədəniyyətimiziin təbliği istiqamətində davamlı fəaliyyət göstərən Aygün xanım  ermənilərin Azərbaycan və Anadolu türklərinə qarşı törətdiyi soyqırımlardan bəhs edən bir çox məqalənin müəllifidir.

Aygün Attar davamlı elmi yaradıcılıqla bərabər, diaspor işləri ilə də fəal şəkildə məşğul olur və Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun sədridir. Hazırkə təyinatını da Azərbaycana göstərilən hörmət və ehtiram kimi dəyərləndirir: “Vəzifə məqsəd deyil, xalqa və dövlətə xidmət üçün vasitədir. Bundan sonra da Azərbaycan və Türkiyənin maraqları naminə fəaliyyətimi uğurla davam etdirəcəyəm”.

 

Şərhlər bağlıdır.