Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Nicat” bələdiyyə ilə birlikdə məhəllənin problemlərini həll edəcək

204

Mingəçevirin M.Maqomayev prospektindəki 10 saylı məhəllədə yeni məhəllə komitəsi yaradılıb. Sakinlərin təşəbbüsü ilə təsis olunan komitənin beş nəfərdən ibarət tərkibi, sədr, müavin və katibi seçilib. Komitənin sədri seçilmiş Svetlana Əzizovanın təklifi ilə MK-ya “Nicat” adı verilib.

Təsis yığıncağında Mingəçevir Bələdiyyəsinin sədri Coşqun Abdullayev, sədr müavini Əli Əliyev və komissiya sədri Zahid Qasımlı iştirak ediblər. C.Abdullayev komitənin tərkibinə seçilmiş üzvləri təbrik edib və bildirib ki, bələdiyyə ilə sıx əlaqə yaradan, təşəbbüskarlıq, fəallıq göstərən məhəllə komitələrinin qaldırdıqları problemlər az bir vaxtda həllini tapır: “Siz bizim məhəllədə nümayəndəmizsiniz. Bələdiyyənin tədbirlərində fəal iştirak edin, təkliflərinizi bildirin, problemləri bir yerdə həll etmək üçün rəylərinizi verin. “

Sakinlərdən çıxış edən Ayət Süleymanov, Nabat Əliyev və Svetlana Əzizova məhəllədəki xeyir-şər mağarının və binanın giriş hissələrinin təmiri, mağara elektrik sayğacının quraşdırılması, məhəlləyə ağac əkilməsi və digər məsələlərin həllində bələdiyyənin yardımına ehtiyacları olduqlarını diqqətə çatdırıblar. Bələdiyyə nümayəndələri məsələlərin tezliklə həll olunacağına söz veriblər.

Şərhlər bağlıdır.