Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Müxtəlif dini cərəyanlar Azərbaycanın müstəqilliyinə qarşı təxribat törədirlər

195

“Müxtəlif dini qruplar var ki, onlarla mübarizə aparmaq lazımdır. Bu sahədə din xadimlərinin rolu böyükdür. Laqeydlik etməyin, Həyat mübarizədir. Bir də görəcəksiniz ki, oturublar sizin yerinizdə”-
Bunu mayın 15-də Dini İşlər üzrə Dövlət Komitəsi tərəfindən “Müstəqillik və milli –mənəvi dəyərlərimiz” mövzusunda Mingəçevirdə keçirilən konfransda komitənin sədr müavini Səyyad Aran deyib. O, son zamanlar barələrində ciddi söhbət gedən dini qruplardan narazılığını gizlətməyib: “1990-cı illərin əvvəllərində də bu cür qruplaşmalar var idi. İndi də bu hiss olunur. Azərbaycanın dövlətçilik və milli-mənəvi dəyərlərinə hörmət edən hər bir din xadimi onlarla son anına qədər mübarizə aparmalıdır. Birdəfəlik anlamaq lazımdır ki, radikal dini cərəyanların yeganə məqsədi ölkəmizi parçalamaq, çevriliş etməkdir.”
Şirvan bölgəsi üzrə dini komitədən Nizami bəy bildirib ki, bu yaxınlardaAğdaşda və Qobustanda oxşar hadisələr yaşanıb: “Gəncləri təriqətlərə qoşub, pis əməllərinə alət edirlər. Uşaq ayılanda, çıxmaq istəyəni öldürürlər. Elə bilirsiniz, Suriyaya gedənlər özləri istəyib edir bunu? Onlara əmr verilir, geri qayıdanı burda da ölüm gözləyir. Ona görə vuruşmağa gedirlər. Belə hallar Dövlət müstəqilliyinə qarşı təxribatdır. Bu məsələyə çox ciddi yanaşmaq lazımdır”.
Yığıncaqda Mingəçevir Turizm Kollecinin direktoru Eyyub Eyyubov, Heydər Məscidinin İmam müavini Müşfiq Nəcəfov, Sağ sahil məscidindən Əkbər Əliyev çıxış edərək, dini və mənəvi-əxlaq dəyərlərin qorunması, qadağan olunmuş dini təriqətlərin təbliğinin qarşısının alınması sahəsində görülən işlər barədə məlumat veriblər.
“Söhbət xüsusən sələfi və nurçulardan gedir. Azərbaycanın dövlətçilik və milli mənəvi dəyərlərinə hörmət edən hər bir din xadimi onlarla son anına qədər mübarizə aparmalıdır”.

Bunu Dini Qurumlar üzrə Dövlət Komitəsinin sədr əvəzi Səyyad Aran deyib.

Tədbirdə Mingəçevir İcra Hakimiyyəti başçısının müavini İlham İsmayılov, Şirvan bölgəsi üzrə dini komitənin nümayəndəsi, Şəhər məscidlərindən, idarə və təşkilat rəhbərləri iştirak ediblər.

Aytən Kosayeva

Şərhlər bağlıdır.