Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Müasir gəncliyin peşə inkişafına necə dəstək göstərə bilərik?

223

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun X qrant müsabiqəsində  “Müasir gəncliyin peşə inkişafına dəstək” adlı layihəm qalib gəlib. “Mingəçevir  Gənclər Evi” Sosial Xidmət Müəssisəsində iştirakçılara layihə müddətində görüləcək işlər haqqında məlumat verdim.

Daha sonra layihə çərçivəsində ilk təlim keçirildi. Təlimçi Rəşad Qurbanov təlim  zamanı əsasən  aşağıdakı mövzulara toxundu:

•  Peşə seçimi zamanı ortaya çıxan əsas problemlər;

•  Müstəqil peşə seçimi üçün nə etməliyik?

•  Peşə seçərkən hansı məqamlara diqqət yetirmək lazımdır?

•  Priorotet peşələr hansılardır?

Layihə ərzində 3 günlük təlimlərin keçirilməsi nəzərdə tutulub.

Nərmin İsmayılova,

layihənin rəhbəri 

Şərhlər bağlıdır.