Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Miqrasiya hüququ haqda yaz, 700 manat qazan

205

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) “Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşma” regional proqramı jurnalistlər arasında “Miqrasiya hüququ: qanunvericilik və təcrübə ”mövzusuna dair çap və elektron məqalələrin müsabiqəsini elan edir. 

Müsabiqəyə miqrasiya prosesləri və onların nəticələri, o cümlədən əmək miqrasiyası və bununla bağlı olan hüquqi və praktiki problemlər, Azərbaycan Respublikasında əcnəbilərin və vətəndaşlığı olmayanların hüquqi vəziyyəti, müvəqqəti olmaları, müvəqqəti və daimi yaşamaları və bununla bağlı olan problemlər, tənzimlənməyən əmək miqrasiyası və qeyri-qanuni miqrantlarla bağlı olan risklər, vətəndaşlıq və onun əldə edilməsi, miqrantların ölkə hüdudlarından çıxarılması və bununla bağlı problemlər, əcənəbi və ya vətəndaşlığı olmayanlarla nikah münasibətləri və onun tənzimlənməsi zamanı problemlər, Azərbaycan vətəndaşlarının ölkədən çıxışına qoyulan məhdudiyyətlər və onun tətbiqi praktikasındakı çatışmamazlıqlar və sui-istifadə halları, readmissiya məslələri, miqrasiya prosesləri zamanı insan alveri və məcburi əməyə cəlb edilmə riskləri və miqrasiya prosesləri ilə bağlı digər mövzularda təhlil və araşdırma xarakterli məqalələr qəbul edilir.

Məqalələrin qiymətləndirilmə meyarları: 

-Miqrasiya proseslərini əhatə edən qanunvericiliyə və beynəlxalq normalara istinad etməklə normaların tətbiqi zamanı meydana çıxan problemlər və onların təhlili;

-Miqrasiya prosesləri və onun nəticələri ilə bağlı olan problemlərin obyektiv və subyektiv səbəbləri və onun hüquq normalarında və praktikada həlli yolları ilə bağlı variantların təklif edilməsi;

-Yazının miqrasiya iştirakçıları olan emiqrant və imqrantların hüquqlarının təmin olunması baxımıdan əhəmiyyəti;

– Yazının peşəkarlıq səviyyəsi (mövzunu mümkün qədər tam əhatə etməsi, sadə dildə   yazılması, ekspertlərdən yararlanmaqla müxtəlif yanaşmaların tarazlaşdırılmış şəkildə təsviri, başlığın orijinallığı).

Müsabiqənin qalibləri nüfuzlu ekspertlərdən təşkil edilmiş münsiflər heyəti tərəfindən müəyyən olunacaq.

Qaliblər diplomlar və aşağıdakı məbləğdə pul mükafatları ilə təltif olunacaqlar:

Birinci yer – 700 AZN

İkinci yer –   500  AZN

Üçüncü yer –  400  AZN 

Müsabiqənin texniki şərtləri:

1. Jurnalistlər müsabiqəyə 17 Aprel  2017-ci ildən 02 Iyun 2017-ci ilədək dövri mətbuatda dərc edilən və ya internet resurslarında yerləşdirilən məqalələri ilə qatıla bilərlər. Bir jurnalist birdən artıq məqalə təqdim edə bilməz. Müsabiqədə iştirak etmək istəyən şəxslər aktiv jurnalistika fəaliyyəti ilə məşğul olmalı və ən azı bir il peşəkar jurnalistika təcrübəsinə malik olmalıdırlar.

2. Müəlliflər məqalənin dərc edildiyi qəzet və ya jurnalın nüsxəsini həmin məqalənin elektron versiyası ilə birgə  GIZ-in “Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşma” regional proqramının Bakı bürosuna təqdim etməli və müvafiq ərizə formasını doldurmalıdırlar. İnternetdə yerləşdirilmiş məqalə müəlliflərindən yalnız müvafiq ərizə formasını doldurmaq tələb olunur.

3. Müsabiqəyə müraciət üçün tələb olunan sənədlər:

-VÖEN-nin nüsxəsi

Şərhlər bağlıdır.