Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirlilər kitabı sevirlərmi?

221

Kür sahilində M.P.Vaqif adına Mərkəzləşdirilmiş Kitabxananın  təşkil etdiyi bu ilki kitab bayramında  maraqlı fikirlər səsləndirilib. Tamaşaçı az olsa da, sözə, ədəbiyyata qiymət verən ziyalılar kənarda qalmayıblar. İcra hakimiyyətinin nümayəndəsi Tofiq Əsgərov, kitabxananın müdiri Etibarə Babayeva, “Mingəçevir işıqları” qəzetinin baş redaktoru Fərman Nəbiyev və başqaları  deyiblər ki,  valideyn məsuliyyətini yüksəltmək, yay oxu dərslərinə diqqəti artırmaq,  kitab oxuma üzrə yeniyetmə və gənclər arasında yarışmalar təşkil etmək vacibdir. Uşaq kitabxanasında balacaları əyləndirə biləcək şəraitin yaradılmasından, böyüklərin arzu etdikləri bir çox kitabları elektron formada ala bilməsindən də danışılıb.

Şərhlər bağlıdır.