Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirli debatçılar fərqləndilər

216

Mingəçevir Regional Debat Mərkəzi gənclər arasında multikulturalizm ideyalarının təbliğində fəal iştirakına görə Azərbaycan Respublikası Gənclər və İdman naziri Azad Rəhimov və DVC-nin sədri Seymur Hüseynov tərəfindən  diplomla mükafatlandırılıb.

“Respublika Gənclər Debat Forumu 2016: Yaz” layihəsi başa çatıb. Bağlanış mərasimində Prezident Administirasiyasının ictimai-siyasi məsələlər şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev,  Prezidentin millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri xidmətinin məsləhətçisi Sərraf Hüseynov, Gənclər və İdman Nazirliyinin gənclərə iş şöbəsinin müdiri İndira Hacıyeva, AR Prezidenti yanında Gənclər Fondunun aparat rəhbəri Faiq Qürbətov və DVC-nin sədri Seymur Hüseynov çıxış ediblər. Nitqlər səsləndirildikdən sonra forumun qalib və ən yaxşı natiqləri mükafatlandırılıb. Multikulturalizm ideyalarının gənclər arasında təbliğinin aparılmasında fəaliyyətinə görə Mingəçevir Regional Debat Mərkəzi xüsusi diplomla təltif edilib.

Şərhlər bağlıdır.