Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirin Şəfa küçəsində yanğın İqbal Süleymanovun həyatına son qoydu

210

Mingəçevirdəki Şəfa küçəsindəki  8 saylı evdə Cəfərqulu Süleymanova məxsus ev yanaraq kül olub. Hadisə bu gün, yanvarın 27-də saat 9 radələrində baş verib. Yanğın nəticəsində 1981-ci il təvəllüdlü Süleymanov İqbal Cəfərqulu oğlu yanaraq,  elə hadisə yerindəcə dünyasını dəyişib.

Mərhumun qardaşı Vüsal Süleymanov hadisə zamanı evdə heç kimin olmadığını deyib: “Anam tövlədə qoyunlara yem verirdi. Həyat yoldaşım isə uşağı bağçaya aparıb. Hadisə ani bir vaxtda olub. Yanğının səbəbini  dəqiq bilmirik. Çox güman ki, od qaz sobasından düşüb”.

Atası İqbalın epilepsiya xəstəsi olduğunu deyib: “Baxdım ki, oğlum ayaq üstə yanıb, divara yapışıb. Xəstə olduğu üçün özünü itirib, kömək çağıra bilməyib”.

Qonşular Cəfərqulu kişinin evində artıq ikinci yanğın hadisəsi olduğunu bildiriblər. Onların dediklərinə görə, yüksək səs  eşidilib: “Səsə çıxdıq və evin yandığını gördük.Təcili yardıma və yanğından mühafizə idarəsinə zəng vurduq”.

Qonşuların dediyinə görə, küçəyə gedən yolun bərbad vəziyyətdə olması üzündən yanğından mühafizə maşınları hadisə yerinə böyük çətinliklə gələ biliblər. Onlar gələnə kimi isə hər şey kül olub.

Şərhlər bağlıdır.