Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə yardım göstərmək adı ilə evə basqın edənlər saxlanıldı

185

Mingəçevirdə özünü yardım təşkilatlarından birinin üzvü kimi təqdim edən naməlum şəxsin şəhər ərazisindəki evlərin birinə  daxil olaraq ev sahiblərinə bıçaqla hədə-qorxu gəlməsi və kül alətlə qadına  xəsarət yetirib qaçması barədə məlumat vermişdik. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan  bildirildiyinə görə,  Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq cinayətini törətməkdə şübhəli bilinən Bərdə rayon sakini Amil Mehdiyev saxlanılıb. Araşdırma zamanı A.Mehdiyevin  Goranboy rayon sakini Orxan Mehdiyevlə qabaqcadan əlbir olaraq,  ev sahibinə məxsus pulu ələ keçirmək məqsədilə həmin cinayət əməlini törətdikləri müəyyən edilib.  O.Mehdiyev də şübhəli şəxs qismində saxlanılıb.

Mingəçevir ŞPŞ-nin İstintaq bölməsində saxlanılan şəxslər barəsində cinayət işi başlanılıb,

Şərhlər bağlıdır.