Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə ətraf mühiti çirkləndirən 3 obyekt sahibi cəzalandırılıb – FOTO

213

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması və sanitar-gigiyenik normalara riayət edilməsinin təmini məqsədilə su anbarı yaxınlığında yerləşən ictimai iaşə müəssisələrində müvafiq yoxlamalar keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, keçirilən yoxlamalar zamanı bəzi obyekt sahibləri tərəfindən sanitar-gigiyena və ətraf mühitin mühafizəsi qaydalarının pozulması halları aşkarlanıb. Aşkarlanmış qayda pozuntuları ilə əlaqədar onlarla maarifləndirici söhbətlər aparılıb və üç sahibkar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq aidiyyatı üzrə Mingəçevir şəhər 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə göndərilib.

Pandemiya yükünün altında “boğulanlar” Uşaqları niyə aldadırıq? XX ƏSRİN ƏN QƏDDAR CİNAYƏTİ

Şərhlər bağlıdır.