Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə polis əməkdaşları şəhər sakinlərinə tibbi maskalar payladılar

296

Mingəçevir  Şəhər Polis Şöbəsinin əməkdaşları koronavirus (COVİD-19) pandemiyasının əhatə dairəsinin genişlənməsinin qarşısını alınması istiqamətində tədbirləri davam etdirirlər. Onlar pandemiyadan əziyyət çəkən vətəndaşlara maddi yardımların verilməsi ilə bağlı yerli idarə və bankların önündə yarana biləcək sıxlığı nəzərə alaraq, bu ərazilərə nəzarət edir, həmçinin vətəndaşlara tibbi maskalar paylayaraq, sosial məsafəni qorumağı  tövsiyə ediblər.

Polis əməkdaşları maska taxmadan maşurut avtobuslarında əyləşən sərnişinlərə və hərəkət iştirakçısı olan piyadalara da qoruyucu vasitələr təqdim edib,  onlarla marifləndirici söhbətlər aparıblar.

Şərhlər bağlıdır.