Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə küləyin fəsadları: 20-dən çox ağac aşdı

198

Küləkli hava Mingəçevirdə bir neçə ağacın aşmasına səbəb olub. Bizim.Media-nın məlumatəna görə, gecədən başlayan və gün ərzində davam edən güclü külək şəhərin müxtəlif istiqamətlərində fəsadlara yol açıb.

Heydər Əliyev prospekti, 20 yanvar, Üzeyir Hacıbəyov, Təbriz və digər küçələrdə qovaq, akasiya və həmişəyaşıl ağacları tam, yaxud qismən gövdəsindən ayrılaraq aşıb. Ümumilikdə 20-dən çox belə hal qeydə alınıb.

Onlardan təxminən 11-i iri, yerdə qalanları isə nisbətən kiçik gövdəli və yarıdan qırılıb düşən ağaclar olub.

Təsərrüfat müəssisələri fəsadları aradan qaldırır.

Şərhlər bağlıdır.