Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə Könüllülük Məktəbi formalaşır

195

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə, Mingəçevir şəhər Gənclər və İdman İdarəsi, Gənclər Evinin təşkilatı dəstəyi ilə “Regionlarda sosial problemlərin həllində könüllülük işinin gücləndirilməsi” adlı layihənin təlimlərinə start verilib. “İşıqlı Gələcək” Gənclər İctimai Birliyi tərəfindən həyata keçirilən layihənin əsas  məqsədi könüllülük ideyasının gənclər arasında təşviq etmək, könüllülərin formalaşdırılması, icma-könüllü əməkdaşlığının qurulması, eləcə də, zəruri təbliğat və maarifləndirmə işləri aparmaq, gənclərdə könüllülük işinə maraq yaratmaq, könüllülər qrupunun formalaşdırılması və birgə layihələrin icra olunmasından ibarətdir.

Qeyd edək ki, minlərlə səmimi, mehriban könüllünün iştirakı olmadan Avropa Oyunlarını olduğu kimi, İslam Həmrəyliyi Oyunlarını da təsəvvür etmək çətindir. Könüllülər Oyunların güzgüsü,  həm də  şəhərə gələn qonaqlar üçün fərqli bir mühitin yaradılmasına kömək edən şəxslərdir. Bu kimi böyük ölçülü və iri həcmli bir tədbirin həyata keçirilməsi zamanı qonaqların qəbul olunması, idman sahəsində işlərin görülməsi, eləcə də fəxri qonaqlara köməklik göstərilməsi kimi müxtəlif vəzifələri icra etmək üçün  könüllü qruplarına  böyük ehtiyac var. Bu baxımdan qeyd olunan layihəni həyata keçirərək İslam Həmrəyliyi Oyunlarında da gənclərdən ibarət könüllü klublarının yaradılmasına tövhə vermiş olacaq.

Birliyin sədri Tural Kərimovun məlumatına əsasən, region könüllülərini birləşdirən Könüllülük Məktəbi formalaşacaq: “İki ay davam edən və 400 nəfər gəncin iştirak edəcəyi təlimlərdə orta, orta ixtisas və ali təhsil müəssisələrinin şagird və tələbələrinin iştirakı nəzərdə tutulub. Həmin iştirakçılardan ibarət Mingəçevir Könüllülük Məktəbinin əsası qoyulmaqla könüllülük sahəsində geniş fəaliyyət forması təşkil olunacaqdır. Sonda təlimləri uğurla başa vuran gənclərə sertifikatlar təqdim olunaraq Könüllülük Məktəbinin üzvü kimi fəaliyyət göstərəcəklər”.

Şərhlər bağlıdır.