Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə hüquq pozuntularından danışılıb

176

Mingəçevirdə hüquq pozuntularından danışılıb

Mingəçevir Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn vəzifələrin icrası ilə əlaqədar növbəti maarifləndirmə tədbiri keçirilib. Tədbirdə İcra Hakimiyyətinin nümayəndələri ilə yanaşı pedaqoji işçilət və psixoloqlar da iştirak ediblər.

Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə kommisiyanın məsul katibi Tərlan Əliyeva toplantının məqsədini açıqlayıb və müzakirə ediləcək mövzuları elan edib, “Yetkinlik yaşına çatmayanların cinayətə meyilliklərinin fəsadları və onların məruz qaldıqları zorakılıqdan müdafiəsi, təhsildən qərəzli şəkildə yayınmalarının qarşısının alınmasında daxili işlər orqanlarının rolu” mövzusunda danışıb.

Müzakirələrdə psixoloqları maraqlandıran suallar cavablandırılıb.

Şərhlər bağlıdır.