Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə əhalinin istirahət yeri fərdi tikinti üçün ayrılıb

192

S. Vurğun küçəsindəki 1 və 3 saylı, M. F. Axundov küçəsində 2/1 və 2 saylı yaşayış binalarınm sakinləri  Mimgəçe-vir Şəhər İcra Hakimiyyəti başçısı Niyazi Bayramova ünvanladıqları məktubun surətini redaksiyamıza da göndəriblər. Onlar  həyətlərindəki yaşıllıq sahəsinin fərdi ev tikmək üçün ayrılmasına etiraz  edirlər.  Tələb budur ki, torpağa verilmiş çıxarış ləğv edilməli,  tikili  təcili dayandırılmalıdır.

Müraciətdə deyilir ki, bu gün yaşadıqları  binanm qarşısmdakı 11 sot miixtəlif adamlar tərəfındən alındığı iddia olunur:  “Sənəddə torpaq Mus-tafayev Əhliman Həmid oğluna məxsusdur. Digər tərəfdən Durna adlı bir qadın ortaya çıxaraq,  “Torpaq mənimdir”  deyir. Bunlar bir daha sübut edir ki, bu hərəkətlərin qanuni əsasi yoxdur”.

Müraciət müəllifləri  Dövlət Reyester Xidmətinin rəsmi saytında  məlumatı yoxladıqlarını, göstərilən sənədin   heç bir yerdə qeydə alınmadığını da diqqətə çatdırırlar:  “2006-cı ildən torpaqların satışı,  xüsusən də həyatyanı sahələrin satışı qadağan olunub. Bunu  bizim torpaqları zəbt edənlərdə bilirlər. Lakm yalandan məlumat verirlər ki. bu torpaq 2006-cı ilədək alınıb. Əgər belədirsə,  bu adamlar o zamandan bəri hər il ödəməli olduqları torpaq vergisi ilə bağlı sənədləri ortya qoysunlar”.

Müraciətdə deyilir: “Tikinti aparmaq istənilən ərazi 4 (dörd) binanm sakinlərinin istirahət yeridir. Burada 30-40 ilin ağacları,  yaşıllıqları var. Bu tikinti ilə bizim yaşayış hüquqlarımızı məhdudlaşdırırlar. Əgər tikinti aparılarsa, bu ağacların taleyi acınacanaqlı olacaq, onlar kəsiləcək. Yada salmaq istəyirəm ki, hələ vaxti ilə ulu öndərimiz Heydər Əliyev. demişdi: “Hər bir ağac kəsiləndə sanıram ki, mənim qolum kəsilir”. Eyni zamanda  Heydər Əliyevin layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyev bu cür qanunsuzluqlara qarşı öz qəti mövqeyini ortaya qoyub. Son zamanlar Bakıda yaşıllıq sahələrində salınan villalarin sökülməsi bunun əyani sübutudur. Görünür bizim həyətimizdə bina tikmək fıkrinə düşənlər ya qanunları saymır, ya da ölkə başçısının fikirlərindən xəbərsizdirlər”.

Məktub müəllifləri Prezidentin yerdəki səlahiyyətli nümayəndəsindən bu qanunsuzluğun qarşısmı almağı xahiş edirlər: “Bizim yaşamaq və istirahət huququmuzu  tamahkar insanlarm ayaqları altında tapdanmağa imkan verməyin. Güman edirik ki, məsələ yerindəcə həll olunacaq, yuxarı təşkilatların miizakirəsinə cixarmağa ehtiyac qalmayacaq”.

Şərhlər bağlıdır.