Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə ana və övladı doğuşdan sonra dünyasını dəyişib

200

Mingəçevir şəhərində gənc ana doğuş zamanı övladı ilə birgə ölüb. Hadisə oktyabrın 20-də Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının doğum şöbəsində qeydə alınıb. Şəhər sakini, 1984-cü il təvəllüdlü Qasımova Svetlana Adil qızı ikinci övladını dünyaya gətirməsi üçün doğum şöbəsinə aparılıb. Doğuş zamanı qadının vəziyyəti qəflətən pisləşib və onun bədənində yüksək temperatur və üşütmə halları baş verib. Ona həkimlər tərəfindən tibbi yardım göstərilsə də qadın doğuşdan 20 dəqiqə sonra dünyasını dəyişib. Məlumata görə, yeni doğulan körpə oğlan uşağı isə doğuşdan 5 dəqiqə sonra ölüb və onun 4,1 kq çəkisi olub.
Həkimlər dölyanı mayenin emboliyası, yəni dölyanı mayenin qadının damarlarına daxil olması səbəbindən dünyasını dəyişdiyini bildirirlər. Onların dediyinə görə, belə hal baş verən zaman qadında şok və kəskin şok koaqulapatiyaları əmələ gəlib. Məlumata görə, bu hadisə hər 100 000 doğuşdan 3-5-ində rast gəlinir və 70-90 faiz ölümlə nəticələnir.
Faktla bağlı araşdırma aparılır.

Şərhlər bağlıdır.