AktualMingəçevir

Mingəçevirdə 25 il öncə istifadəyə verilən 5 mərtəbəli binanın üzərinə vurulan daşlar tökülür

Mingəçevirin sağ sahil hissəsində,  Züleyxa Həsənova küçəsindəki 2 saylı binada 60 ailə məskunlaşıb. Sakinlərin sözlərinə görə, yağış ardından külək olduqda və günün müxtəlif saatlarında binanın fasad hissəsindəki daşlar hündürlükdən səs-küylə yerə düşərək, insanları qorxuya salır. Ağırlığı 10 kiloqrama yaxın olan daşlar hər an bədbəxt hadisəyə yol aça bilər. Bu səbəbdən bina sakinlər avtomobillərini öz həyətlərində  saxlamırlar.

Sakinlər vəziyyətdən çıxış yolu kimi üzlüklərin sökülməsi təklif edirlər. Şəhər İcra Hakimiyyətindən isə müxbirimiz Esmira Hidayətovaya  bildiriblər ki, məsələ ilə  bağlı onlara müraciət edilməyib.

Daha çox

Oxşar yazılar

Close